Neftçala Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası 
01.05.2026 10:43
Neftçala Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliinin Respublika Qan Bankının təşkilatçılığı, Neftçala Rayon Mərkəzi Xəstəxanasının dəstəyi ilə könüllü qanvermə aksiyası keçirilib.
 
Aztibb.az-a Neftçala RMX-dan verilən məlumata görə, məqsəd hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım etmək olub.
 
Neftçala Rayon Mərkəzi Xəstəxanasında baş tutan könüllü qanvermə aksiyasında Neftçala Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri böyük fəallıqla iştirak ediblər.
 
Aksiya çərçivəsində donorlar əvvəlcə həkim-hematoloqlar tərəfindən ətraflı müayinə olunub, sağlamlıq imkanları uyğun hesab edilən vətəndaşlardan qan nümunələri götürülüb.
 
Toplanan qan ehtiyatı hemofiliyalı və talassemiyalı xəstələrin, həmçinin qana ehtiyacı olan digər pasiyentlərin müalicəsində istifadə olunacaq.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır