Sumqayıtda maarifləndirici görüş - “Sağlamlığın qorunması: Z nəsli üçün sağlamlıq sirləri”
01.05.2026 10:26
Sumqayıt Şəhər İcra Hakimiyyəti və Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Sağlamlığın qorunması: Z nəsli üçün sağlamlıq sirləri” mövzusunda tələbələrlə maarifləndirici görüş keçirilib.
Sumqayıt Tibb Mərkəzindən Aztibb.az-a bildirilib ki, görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Mehriban Nəcəfova, Sumqayıt şəhər Narkoloji Dispanserin baş həkimi Vüsal Cabbarov, Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-pediatrı Fərqanə Hüseynova, mərkəzin psixoloqu Rəna Muxtarova, mərkəzin direktoru Gülşən Ömərova, mühəndis-pedaqoji heyət və tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən ailə həkimi-pediatr Fərqanə Hüseynova sağlam qidalanmanın insan orqanizminə təsirlərindən geniş bəhs edib. O bildirib ki, düzgün və balanslı qidalanma immun sisteminin möhkəmlənməsində, fiziki inkişafın düzgün formalaşmasında və xroniki xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Həkim gündəlik qida rasionunda vitamin və minerallarla zəngin məhsulların yer almasının vacibliyini vurğulayıb, xüsusilə fastfud və şəkərli içkilərdən uzaq durmağın əhəmiyyətini qeyd edib.
Fərqanə Hüseynova həmçinin yeniyetmə və gənclərin həyat tərzində fiziki aktivliyin artırılmasının vacibliyini diqqətə çatdıraraq bildirib ki, düzgün qidalanma ilə yanaşı, hərəkətli həyat tərzi sağlam gələcəyin əsas şərtlərindəndir. O, valideynlərin və müəllimlərin bu istiqamətdə maarifləndirici rolunun da xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Görüşdə çıxış edən Mehriban Nəcəfova, Vüsal Cabbarov və Rəna Muxtarova da sağlam həyat tərzinin təşviqi, zərərli vərdişlərin mənfi təsirləri və psixoloji sağlamlığın qorunması ilə bağlı fikirlərini bölüşərək iştirakçılara tövsiyələr veriblər.
Sonda görüş interaktiv şəkildə davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam həyat tərzi ilə bağlı faydalı məsləhətlər təqdim olunub.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

