Azərbaycan Tibb Universitetində oftalmoloji konfrans: “İşığa baxış”
30.04.2026 15:08

Azərbaycan Tibb Universitetində (ATU) görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş “İşığa baxış” adlı konfrans keçirilib.

       

Universitetdən Aztibb.az-a verilən məlumata görə, tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli akademik Zərifə Əliyevanın həm elmi irsi, həm də mənəviyyatının cəmiyyət üçün böyük dəyər olduğunu vurğulayıb. Rektor qeyd edib ki, 1947-ci ildə ATU-nu bitirən Zərifə xanım, xüsusilə traxoma xəstəliyinin müalicəsi və sənaye oftalmologiyasının təşəkkülündə fundamental xidmətləri olan dünya miqyaslı bir alimdir: “Akademik Zərifə Əliyevanı xalqın yaddaşında əbədiləşdirən amil təkcə onun elmi uğurları deyil, həm də səmimiyyəti, təvazökarlığı və ali insani keyfiyyətləridir. Görkəmli alim, qayğıkeş ana və əsl ziyalı kimi onun qoyduğu zəngin irs bu gün də tibb işçiləri və gələcək nəsillər üçün bir həyat məktəbi, mənəvi örnək rolunu oynayır”.

 

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə Muradova bildirib ki, Zərifə Əliyeva Azərbaycan səhiyyəsi və elminin inkişafında mühüm xidmətləri olan görkəmli şəxsiyyətlərdən biridir. Komitə sədri alimin yüksək humanist dəyərlərinin, insanlara həssas və qayğıkeş münasibətinin, eləcə də ziyalılığının onu cəmiyyət üçün əsl nümunəyə çevirdiyini diqqətə çatdırıb.

 

ATU-nun Oftalmologiya kafedrasının müdiri, professor Paşa Musayev Zərifə Əliyevanın elmi fəaliyyətinin yalnız nəzəri tədqiqatlarla məhdudlaşmadığını, eyni zamanda praktik tibbdə də mühüm yeniliklərə yol açdığını deyib. O, əlavə edib ki, alimin formalaşdırdığı elmi məktəb bu gün də inkişaf etməkdə və çoxsaylı mütəxəssislərin yetişməsində əhəmiyyətli rol oynamaqdadır.

 

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov isə çıxışında akademik Zərifə Əliyevanın həyatı boyu apardığı dərin elmi fəaliyyəti ilə beynəlxalq miqyasda tanındığını diqqətə çatdırıb. O vurğulayıb ki, akademikin tədqiqatları xüsusilə peşə xəstəlikləri və göz patologiyalarının öyrənilməsi sahəsində mühüm əhəmiyyət daşıyıb, eyni zamanda yüksək insani keyfiyyətləri ilə yadda qalıb.

 

Daha sonra bədii hissə ilə davam edən konfransda “Həyat” teatr klubu tərəfindən hazırlanmış “Göz həkimi” tamaşasından səhnəcik təqdim olunub. Konfrans elmi sessiyalarla davam etdirilib. İki hissədən ibarət sessiyalarda “Küt zədəyə bağlı torlu qişa qopmaları”, “Katarakta cərrahiyyəsi: hansı göziçi linza, nə zaman və nə üçün?”,  “Miopiyanın inkişafı, risk amilləri və profilaktik tədbirlər”, “Refraktiv cərrahiyyə zamanı və sonra rast gəlinən fəsadlar: klinik hallar üzərində təhlil”, “Göz yaşı aparatı və onun xəstəlikləri: klinik hallar üzərində təhlil” və s. movzularda çıxışlar təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır