Saatlıda akademik Zərifə Əliyevanın 103-cü ildönümünə həsr olunan tibbi aksiya və elmi-praktik konfrans keçirilib
30.04.2026 13:08

TƏBİB-in dəstəyi, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşəbbüsü ilə Saatlı rayonunun Şirinbəyli kəndi ərazisində səyyar humanitar tibbi aksiya keçirilib.

 

Aztibb.az-a TƏBİB-dən bildirilib ki, aksiya zamanı müxtəlif ixtisaslar üzrə həkim-mütəxəssislər tərəfindən əhaliyə, xüsusilə Qərbi Azərbaycandan deportasiya olunmuş və burada məskunlaşmış vətəndaşlara tibbi xidmətlər göstərilib. O cümlədən vətəndaşlara müxtəlif xəstəliklərlə bağlı tövsiyələr verilib, xəstəlik aşkarlanan sakinlər ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

 

Daha sonra Saatlı rayonunda görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunan konfrans keçirilib.

 

Konfransdan əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin Saatlı rayonunda ucaldılan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib.

 

Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, İcmanın sədr müavini, Milli Məclisin deputatı, professor Hikmət Məmmədov, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı, Azərbaycan Tibb Universitetinin professoru Paşa Qəlbinur, “Qərbi Azərbaycan Televiziyası”nın rəhbəri Telli Pənahqızı iştirak edib.

 

Konfrans çərçivəsində “Zərifə Əliyeva: Nəsillərə örnək ömür yolu” adlı qısametrajlı videoçarx nümayiş etdirilib.

 

M.İbrahimqızının moderatorluğunda baş tutan elmi-praktik konfransda məruzəçilər “Zərifə Əliyeva: nəsillərə örnək ömür yolu”, “Azərbaycan səhiyyə tarixində Zərifə Əliyeva irsi”, “İrəvanın əsilzadə nəslinin parlaq nümayəndəsi” və “Zərifə Əliyeva: Fenomen Azərbaycan qadını” mövzularında çıxışlar edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır