Məktəblilərdə diqqət dağınıqlığı: Səbəblər və həll yolları  
29.04.2026 15:55
Məktəb yaşlı uşaqlarda diqqət dağınıqlığı tədris prosesinə mənfi təsir göstərən əsas amillərdən biridir. Bu hal dərs zamanı məlumatın mənimsənilməsini çətinləşdirir və nəticələrə təsir edir.
 
Aztibb.az xəbər verir ki, bu barədə TƏBİB-in feysbuk səhifəsində məlumat paylaşılıb.
 
Diqqət dağınıqlığının əsas səbəbləri:
• Yuxu rejiminin pozulması və kifayət qədər istirahət etməmək;
• Uzun müddət telefon, planşet və digər elektron cihazlardan istifadə;
• Qidalanma rejiminin düzgün olmaması;
• Fiziki aktivliyin azlığı;
• Stres və emosional gərginlik;
• Dərs mühitində diqqəti yayındıran amillər.
 
Diqqətin artırılması üçün tövsiyələr:
• Gündəlik sabit yuxu rejimi formalaşdırmaq;
• Dərs zamanı elektron cihazlardan istifadəyə məhdudiyyət qoymaq;
• Sağlam və balanslı qidalanmaya üstünlük vermək;
• Qısa fasilələrlə dərs çalışmaq (25-30 dəqiqə fasilələr ola bilər);
• Fiziki aktivliyi gündəlik həyatın bir hissəsinə çevirmək;
• Dərs mühitini sakit və diqqəti yayındırmayan şəkildə təşkil etmək.
 
Valideynlərin və müəllimlərin dəstəyi ilə düzgün vərdişlər formalaşdırıldıqda məktəblilərdə diqqət səviyyəsini artırmaq və tədris prosesini daha səmərəli etmək mümkündür.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır