Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil olunub
29.04.2026 14:08

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil olunub.

 

Aztibb.az xəbər verir ki, media nümayəndələri əlilliyi olan uşaqlar üçün mərkəzdə yaradılmış şərait, tətbiq olunan müasir reabilitasiya üsulları, eləcə də xidmət prosesinin təşkili ilə yaxından tanış olublar.

 

25 çarpayılıq mərkəzdə müasir tələblərə uyğun şərait yaradılıb, əlilliyi olan uşaqlara ambulator və stasionar formada səmərəli fizioterapevtik üsullar əsasında və müasir avadanlıqlardan istifadə edilməklə xidmətlər göstərilir.

 

Qəbələ Uşaq Reabilitasiya Mərkəzi tərəfindən cari ilin birinci rübü ərzində əlilliyi olan 2400 uşağa reabilitasiya xidmətləri göstərilib. Ümumilikdə isə 2025-2026-cı illər ərzində 6900 nəfər uşaq Mərkəzin reabilitasiya xidmətlərindən yararlanıb.

 

Bu kateqoriyadan olan uşaqlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzi ilə yanaşı, Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Şəmkir rayonundakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

 

Agentliyin uşaq reabilitasiya mərkəzləri tərəfindən cari ilin yanvar-mart ayları ərzində 10 min uşaq reabilitasiya xidmətlərinə cəlb edilib.

Reabilitasiya  xidmətləri əlilliyi olan uşaqların sosial-psixoloji, tibbi reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır