ATU-nun dosenti Avropa Kardiologiya Cəmiyyətinin Preventiv Kardiologiya Konqresində iştirak edib
29.04.2026 09:05
Azərbaycan Tibb Universitetinin (ATU) Ailə təbabəti kafedrasının dosenti Rəhimə Qabulova Sloveniyanın Ljubljana şəhərində keçirilən Avropa Kardiologiya Cəmiyyətinin Preventiv Kardiologiya (ESC EAPC) 2026 Konqresində iştirak edib. ATU rəsmisi 23-25 aprel tarixlərində baş tutmuş tədbirə moderator və məruzəçi qismində dəvət olunub.
 
Universitetdən Aztibb.az-a verilən xəbərə görə, konqresdə ilk dəfə və yeganə olaraq olaraq, ATU-nun iki nəfər IV kurs tələbəsi ( Hazem AlHaj Ali, Abdul Malek Kteil) də poster məruzəsi ilə iştirak ediblər.
83 ölkədən ümumilikdə 1,466 iştirakçının yer aldığı konqresdə 395 elmi tədqiqat və klinik hallar təqdim edilib.
 
Konqres çərçivəsində müasir preventiv kardiologiya sahəsində bilik mübadiləsi aparılıb, aktual yanaşmalar müzakirə olunub və yeni konsepsiyalar formalaşdırılıb.
 
ESC Preventiv Kardiologiya 2026 konqresi müasir tibbin prioritet istiqamətlərindən biri olan ürək-damar xəstəliklərinin profilaktikası sahəsində əməkdaşlığın və bilik mübadiləsinin gücləndirilməsi baxımından mühüm platformadır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır