ATU-nun Onkologiya kafedrasının dosenti İTV kanalına xərçənglə bağlı müsahibə verib
28.04.2026 12:38

Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasının baş həkimi, onkologiya kafedrasının dosenti Tamara Quliyeva İTV-də yayımlanan "Xəbərimiz var" verilişində aktuallığını qoruyan əsrin bəlası - onkoloji xəstəliklər haqda danışıb.

 

Aztibb.az xəbər verir ki, müsahibədə xərçəngin yaranma səbəbləri, risk faktorları, ilkin əlamətləri, erkən diaqnostikanın vacibliyi və s. vacib məqamlara aydınlıq gətirilib.

 

Süjeti təqdim edirik: youtube.com/watch?v=nWfgiyGc4RM&time_continue=0&source_ve_path=NzY3NTg&embeds_referring_euri=https%3A%2F%2Famu.edu.az%2F

 

Qeyd edək ki, ATU-da peşəkar və təcrübəli heyət ( https://oncology.amu.edu.az/az/pages/66) tərəfindən sözügedən xəstəliyin müalicəsinin qarşısının alınması məqsədilə ən müasir metodlar əsasında bir sıra xidmətlər həyata keçirilir. Bunlara USM, mammoqrafiya, kompüter tomoqrafiyası, rentgen kabineti, patomorfoloji laboratoriya, biokimyavi laboratoriya, endoskopiya, kardiologiya, kolposkopiya kimi bir sıra xidmətlər daxildir.

 

Onkoloji klinikada dayaq-hərəkət aparatı sistemində icra edilən əməliyyatlara gəlincə, sümük şişləri, yumşaq toxuma şişləri, dəri törəmələri, süd vəzinin şişləri zamanı icra olunan mastektomiyalar, süd vəzinin orqansaxlayıcı əməliyyatları, süd vəzisinin əməliyyatdan sonrakı plastikası, və s. həyata keçirilir. Eyni zamanda həzm sisteminin onkoloji xəstəlikləri, ağciyər xərçəngi zamanı icra olunan radikal əməliyyatlar, müasir onkourologiyaya aid olan açıq və endoskopik (qapalı) əməliyyatlar, qırtlaq şişləri zamanı aparılan əməliyyatlar və s. cərrahi əməliyyatlar aparılır. Xidmətlərdən yararlanmaq üçün Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasına müraciət etmək olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır