Azərbaycan Tibb Universiteti ilə Dünya Azərbaycanlı Alimlər Birliyi əməkdaşlığa başlayır
24.04.2026 14:30

Azərbaycan Tibb Universiteti (ATU) ilə Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) arasında rəsmi əməkdaşlığı dəstəkləyən Anlaşma Memorandumu imzalanıb.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, universitetin rektoru, professor Gəray Gəraybəyli və DAAB-ın sədri, professor Məsud Əfəndiyev tərəfindən imzalanan sənəd təhsil, elm və mədəniyyət sahəsində qarşılıqlı, faydalı əməkdaşlığın təşkili və inkişafını nəzərdə tutur. Bundan əlavə, memorandum birgə elmi və tədqiqat proqramları, layihə və işlərin icrasını dəstəkləyir. Eyni zamanda müxtəlif sahələr üzrə, o cümlədən elmi tədqiqat, alim və mütəxəssislərin peşəkar inkişafı, akademik və inzibati heyətin, bakalavr, magistratura və rezidentura tələbələrinin mübadiləsi və s. kimi istiqamətləri ehtiva edir.

 

Anlaşma mərasimində əməkdaşlığın müxtəlif aspektləri üzrə geniş fikir mübadiləsi aparılıb, növbəti mərhələlərdə ikitərəfli əlaqələrin inkişafına töhfə verə biləcək mümkün istiqamətlər nəzərdən keçirilib. Həmçinin dünyadakı azərbaycanlı tədqiqatçıları beynəlxalq elmi platformada birləşdirən DAAB-ın hədəflərinə toxunularaq, güclü potensiala malik azərbaycanlı alim-həkimlərin, xüsusən də ATU məzunlarınının bu Birliyə cəlb olunmasının vacibliyi vurğulanıb. 

 

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Əməkdar elm xadimi" fəxri adı ilə təltif edilən DAAB-ın sədri, professor Məsud Əfəndiyev həm də 1991-ci ildə Almaniya hökumətinin təsis etdiyi "Aleksandr fon Humboldt" mükafatını qazanan ilk azərbaycanlıdır. Qeyri-xətti analiz və riyazi fizika sahəsinə müstəsna töhfələri olan alim biologiya, tibb, ekologiya, mexanika və fizika sahələrində də qarşılaşılan problemlərin riyazi modelləşdirilməsi üzrə fundamental tədqiqatlar aparıb. Həmçinin təkamül tənliklərinə uyğun dinamik sistemlərin attraktorlarının yeni siniflərini yaradaraq onların sistematik şəkildə öyrənilməsinə mühüm töhfə verib.

 

Beynəlxalq arenada elmi fəaliyyəti ilə diqqət çəkən M.Əfəndiyev 2005-ci ildə Yaponiyanın nüfuzlu "Japan Society for the Promotion of Science - JSPS" mükafatına, 2007-ci ildə Danimarka hökumətinin nüfuzlu "Otto Monsted" mükafatına layiq görülməklə, bu mükafatlarla təltif edilən azərbaycanlı alim kimi də ilkə imza atıb.

 

2023-cü ildə Fields İnstitutunun ömürlük mükafatına ("The Life Achievement Award") layiq görülən alim Yaponiya, Almaniya, ABŞ, Kanada və İsveçrədə nəşr olunan 8 kitabın, 200-dən çox elmi məqalənin müəllifidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır