Maarifləndirici tədbir: “İİV-ə qarşı mübarizədə valideynlərin rolu”   
21.04.2026 17:23
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin dəstəyi ilə Bakı şəhərində yerləşən 9 nömrəli tam orta ümumtəhsil məktəbində “İİV-ə qarşı mübarizədə valideynlərin rolu” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
 
RQMM-dən Aztibb.az-a verilən xəbərə görə, tədbirdə məktəbdə təhsil alan şagirdlərin valideynlərindən ibarət 60-dan artıq şəxs iştirak edib.
 
Tədbir çərçivəsində sağlamlıq üçün ciddi təhlükə yaradan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) barədə ətraflı məlumat təqdim olunub. RQMM-nin mütəxəssisi Günel Babayeva tərəfindən virusun diaqnostikası, müalicə prinsipləri və profilaktik tədbirlərlə bağlı təqdimat böyük maraqla qarşılanıb. Eyni zamanda, məktəblilərin sağlam həyat tərzinə təşviqi və zərərli vərdişlərdən uzaq olmaları istiqamətində mühüm tövsiyələr səsləndirilib.
 
Tədbir zamanı valideynləri maraqlandıran suallar geniş şəkildə cavablandırılıb, virusun ötürülmə yolları, müayinə və müalicə imkanları ilə bağlı məsələlərə aydınlıq gətirilib.
 
Çıxış edənlər valideynlərin İİV/QİÇS-lə bağlı məlumatlılıq səviyyəsinin artırılmasının vacibliyini xüsusi vurğulayaraq, bu cür maarifləndirici tədbirlərin davamlı əsasda təşkilinin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, valideynlərin bilikli və məlumatlı olması uşaqların sağlam və təhlükəsiz mühitdə böyüməsində mühüm rol oynayır.
 
Tədbirin sonunda iştirakçılara İİV/QİÇS mövzusunda maarifləndirici materiallar-bukletlər, broşürlər və məlumat vərəqləri təqdim olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır