ATU-da Əczaçılıq sahəsində yeni texnologiya hazırlanıb
21.04.2026 14:33

Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının dosenti Sevil Mehralıyeva və dissertant Bəhruz Məmmədov elmi tədqiqatlar nəticəsində bitki mənşəli xammallardan fitoekstraktın alınması üçün yeni yüksəksürətli ekstraksiya texnologiyası ixtira ediblər.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, Avrasiya Patent Təşkilatı tərəfindən təsdiqlənən innovativ texnologiya bioloji fəal maddələrin bitki xammalından qısa zaman ərzində, yüksək effektivliklə və maksimal çıxımla əldə olunmasına imkan yaradır. Ekstraksiya prosesi cəmi 7 dəqiqə ərzində tamamlanır və bu müddət ərzində bioaktiv komponentlərin struktur bütövlüyü və bioloji aktivliyi qorunur.

   

Metodun praktiki reallaşdırılması 2020-ci ildə kafedraya müəlliflərin təşəbbüsü ilə gətirilmiş Stegler 360 cihazı  (yüksəksürətli rotor-stator tipli dispersiya sistemi (high- speed rotor-stator disperser) vasitəsilə həyata keçirilib. Yüksək tezlikli mexaniki təsir və intensiv qarışdırma prinsipi əsasında işləyən bu cihaz bitki hüceyrə strukturlarının effektiv destruksiyasını təmin edərək bioaktiv maddələrin sürətli ekstraksiyasına şərait yaradır.

 

Eyni zamanda, yüksəksürətli ekstraksiya üsulu ilə əldə olunan fitoekstraktların müasir dərman daşıyıcı sistemlərə (DDS) inteqrasiyası onların bioəlçatanlığını və terapevtik effektivliyini artıraraq innovativ farmasevtik formulyasiyaların hazırlanmasına elmi baza yaradır.

 

Texnologiya Avrasiya patenti ilə qorunur və elmi-tədqiqat məqsədləri ilə yanaşı, müvafiq istinad və hüquqi qaydalara uyğun şəkildə yeni fitoterapevtik və farmasevtik preparatların hazırlanmasında istifadə potensialına malikdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır