Leyla Əliyevanın təşəbbüsü ilə sosial xidmət müəssisələrinin uşaqları üçün sosial-emosional öyrənmə proqramı həyata keçirilir  
20.04.2026 11:22

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evi sosial xidmət müəssisələrinin uşaqları üçün sosial-emosional öyrənmə proqramı həyata keçirilir.

 

Aztibb.az xəbər verir ki, IDEA İctimai Birliyi, ADA Universiteti və Sosial Xidmətlər Agentliyinin birgə tərəfdaşlığı ilə icra olunan proqram sosial xidmət müəssisələrində yaşayan uşaqların sosial və emosional bacarıqlarının inkişafını dəstəkləyir. Proqramın icrasına ötən aydan etibarən başlanılıb və hazırda uğurla davam etdirilir.

 

Proqram çərçivəsində 1, 2 və 3 saylı uşaq evi sosial xidmət müəssisələrində yaşayan uşaqlar üçün həftəlik təlim sessiyaları təşkil olunur. Sessiyalarda 100-dən çox uşaq iştirak edir. Təlimlər zamanı iştirakçıların ünsiyyət, özünüifadə, emosiyaların idarə olunması, komanda işi və qarşılıqlı əməkdaşlıq bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir.

 

Proqram çərçivəsində təşkil olunan təlimlər ADA Universitetinin tələbələri tərəfindən həyata keçirilir. Təlim prosesinin effektivliyinin və keyfiyyətinin təmin edilməsi məqsədilə universitetin müəllim heyəti tərəfindən iştirakçılara mütəmadi metodiki dəstək göstərilir, sessiyaların məzmunu və yanaşmaları üzrə müvafiq istiqamətləndirmə aparılır.

 

Təşəbbüsün əsas məqsədi sosial xidmət müəssisələrində yaşayan uşaqların sosial-emosional inkişafını dəstəkləmək, onların özünəinamını gücləndirmək, ünsiyyət bacarıqlarını inkişaf etdirmək və cəmiyyətə daha fəal inteqrasiyasına töhfə verməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır