Şağan Reabilitasiya Pansionatında müharibə ilə əlaqədar əlilliyi olan bir qrup şəxslə görüş keçirilib
30.07.2025 16:08

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Pansionatında müharibə ilə əlaqədar əlilliyi olan bir qrup şəxslə görüş təşkil edilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Aztibb.az-a verilən məlumata görə, agentliyin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov son illər ölkəmizdə əlillik və reabilitasiya sahəsində aparılan islahatlara dair məlumat verib. O, ölkəmizdə reabilitasiya infrastrukturunun müasirləşdirilməsi sahəsində görülmüş işləri və qabaqcıl dünya təcrübəsi əsasında tətbiq edilən alternativ reabilitasiya üsullarını diqqətə çatdırıb.

 

Qeyd olunub ki, möhtəşəm Zəfərlə yekunlaşan Vətən müharibəsindən sonra agentliyin reabilitasiya mərkəzlərində 3 min 600 nəfər müharibə iştirakçısı, habelə onların ailə üzvləri və şəhid ailəsi üzvləri reabilitasiya və sosial-psixoloji xidmətlərlə təmin edilib. Peşəkar həkim komandasının səyləri, müasir və effektiv reabilitasiya üsullarının tətbiqi hesabına onların böyük hissəsi artıq əvvəlki sağlamlıqlarına qovuşaraq əlilliklərini geridə qoyublar.

 

Bu gün Vətən müharibəsi iştirakçılarının böyük bir qismi istər dövlət, istərsə də özəl sektorda müxtəlif vəzifələrdə çalışırlar.

 

Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Məşğulluq imkanlarının qiymətləndirilməsi departamentinin müdiri Vüqar Əliyev şəhid ailəsi üzvləri və müharibə iştirakçısı olan şəxslərin məşğulluğunun təminatı sahəsində aparılan işləri qeyd edib.

 

Postmüharibə dövründə agentlik tərəfindən həmin kateqoriyalardan olan 27 min şəxsin məşğulluğunun təmin edildiyi, o cümlədən 12,9 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslərin qurulduğu bildirilib. Habelə döyüşlərdə yaralanaraq əzalarını itirmiş 493 hərbçinin 610 ədəd yüksək texnologiyalı, son nəsil protezlə təmin edildiyi vurğulanıb.

 

Müharibə iştirakçıları ölkəmizdə qurulan müasir reabilitasiya sistemi, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri, xüsusilə son nəsil protezlərlə təminatı sahəsində aparılan işlər, eləcə də, məşğulluq tədbirləri ilə bağlı razılıqlarını ifadə ediblər.

 

Görüşdə əlillik və reabilitasiya sahəsində aparılan islahatlara, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin səmərəli reabilitasiya xidmətləri ilə təminatı sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.

 

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır