Nizami Tibb Mərkəzində yenilik: 3D və 4D skrininq müayinəsinə başlanılıb
29.07.2025 16:30

Nizami Tibb Mərkəzində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində hamiləliyin təqibi zamanı istifadə olunan 3D və 4D skrininq müayinəsinə başlanılıb.

 

Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, hamiləlik zamanı xanımları gözləyən ən həyəcanlı müayinələrdən biri ultrasəs müayinəsidir. Bu körpənin inkişafına və hamilə qadının sağlamlığına nəzarət üzrə təhlükəsiz, ağrısız və effektiv metoddur.

 

Müayinənin əsasında insan qulağının eşitmədiyi, sensorun göndərdiyi, fərqli sürətlə müxtəlif toxumalardan əks olunan ultrasəs dalğaların istifadə olunması durur. Bütün bunlar monitorda şəkil əmələ gətirir.

 

Hamiləlikdə 3D və 4D USM demək olar ki, bərabər imkanlara malikdir. Birincisi aydın rəngli, üç ölçülü (uzunluq, en və hündürlük), yəni həcmli, lakin statik görünüş verirsə, 4D USM tətbiq edildikdə daha bir parametr əlavə olunur — hərəkət.

 

Beləliklə, hamilə qadının bu formatlarda ultrasəs müayinəsi aşağıdakılara imkan verir:
* gələcək uşağın anatomik xüsusiyyətləri haqqında həcmli məlumat almaq;
* sümük və əzələ sistemlərinin inkişafında anomaliyaların erkən mərhələlərdə daha etibarlı təsbit edilməsi;
* hamiləliyin erkən mərhələlərində inkişaf anomaliyalarının, xüsusilə də üz, ətraflar, onurğa sütunu, Daun xəstəliyi, “qurd ağızlılıq” və ya “dovşan dodaqlılıq”, əl və ya ayaq barmaqlarınn az və ya çox olması, fəqərə qövslərinin bağlanayaraq onurğa sütununun inkişav qüsurunu (Spina bifida) əmələ gətirməsini və s.;
* daxili orqanların düzgün inkişafını daha dəqiq qiymətləndirmək;
* dölün bədən hərəkətlərini, üz ifadələrini, əl və ayaqlarının hərəkət aktivliyini görmək, hansı ki, onun oksigen və qidalandırıcı maddələrlə kifayət qədər təmin olunmasını, yəni dolayı yolla plasentar qan dövranının vəziyyəti haqqında məlumat almağa və s.

 

4-ölçülü ultrasəs müayinəsi 8 həftədən başlayaraq hamiləliyin istənilən dövründə həyata keçirilə bilər. Bu dövrdə embrionun ölçüsü 15-16 mm təşkil edir. Amma optimal dövr – dölün daha yaxşı inkişaf etdiyi 20-25-ci həftədir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır