Ölkəmizdə ilk dəfə olaraq görüntülü ünsiyyətə əsaslanan onlayn surdotərcümə xidməti istifadəyə verilib
29.07.2025 14:26

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi eşitmə və nitq məhdudiyyətli şəxslərə dəstək məqsədi daşıyan daha bir inklüziv layihəni gerçəkləşdirib.

 

Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Azərbaycanda ilk dəfə olaraq eşitmə və nitq məhdudiyyətli şəxslər üçün görüntülü ünsiyyətə əsaslanan “Səsiniz olaq” adlı onlayn surdotərcümə xidməti istifadəyə verilib.

 

Bu barədə Aztibb.az-a Agentlikdən məlumat verilib.

 

Bildirilib ki, bu xidmət eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin üçüncü tərəfə (dövlət qurumları, özəl sektor və s.) ötürülməsini təmin edərək, həmin şəxslərlə işarət dili bilməyən tərəflər arasında “virtual körpü” funksiyasını yerinə yetirir.

 

Belə ki, vətəndaş videozəng və ya mesaj vasitəsilə operatorla əlaqə saxlayır. Operator tərcüməçi funksiyasını yerinə yetirərək, müraciətin istiqamətinə uyğun üçüncü tərəflə əlaqə yaradır və surdotərcümə vasitəsilə onlayn kommunikasiyanı yaradır.

 

Xidmətdən yararlanmaq üçün 055 213 19 97 əlaqə nömrəsinə “Whatsapp” və ya “Telegram” platforması vasitəsilə müraciət etmək olar.

 

Vətəndaşlar xidmətdən hər həftənin bazar günü istisna olmaqla, həftənin  6 günü (bazar ertəsi – şənbə) saat 9:00-dan 16:00-dək yararlana bilərlər.

 

Surdo tərcümə xidməti eşitmə və nitq məhdudiyyəti olan şəxslərə müxtəlif istiqamətlərdə müraciətlərini aidiyyəti tərəflərə düzgün və rahat şəkildə çatdırmaq imkanı yaradır.

 

Layihə inklüziv mühitin dəstəklənməsi, eşitmə və nitq məhdudiyyəti olan şəxslərlə cəmiyyətin digər üzvləri arasında sosial ünsiyyət maneələrinin aradan qaldırılması, informasiya mübadiləsinin təmin edilməsi məqsədi daşıyır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır