TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub
29.07.2025 15:35

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin olunub.

 

Bu barədə Aztibb.az TƏBİB-ə istinadlq bildirir.

 

Şamaxı Rayon Mərkəzi Xəstəxanasına Natiq Əliyev, Qusar Rayon Mərkəzi Xəstəxanasına İmran Qurbanov, Yardımlı Rayon Mərkəzi Xəstəxanasına Ravil Qənbərov, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına isə Xəqani Abasov rəhbərlik edəcək.

 

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edəcək N.Əliyev ixtisasca infeksionistdir və yeni təyinata qədər Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

 

Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edəcək İ.Qurbanov isə ixtisasca cərrahdır və yeni təyinatadək Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində fəaliyyət göstərib.

 

Yardımlı Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru R.Qənbərov yeni təyinata qədər eyni tibb müəssisəsinin İlkin səhiyyə xidmətləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edəcək X.Abasov isə ixtisasca terapevtdir və yeni təyinatınadək Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında keyfiyyətə nəzarətin idarə olunması üzrə mütəxəssis olaraq çalışıb.

 

Eyni zamanda, Kamil Hacıyev Sabunçu Tibb Mərkəzinin direktorunun cərrahi xidmətlər üzrə müavini, Sevda Əliyeva Xətai Tibb Mərkəzinin direktorunun müavini - baş həkim vəzifəsini, Faiq Vəliyev Tovuz Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahi xidmətlər üzrə müavini, Eyvaz Məmmədov isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktorunun terapevtik xidmətlər üzrə müavini təyin olunublar.

Sabunçu Tibb Mərkəzinin direktorunun cərrahi xidmətlər üzrə müavini K.Hacıyev yeni təyinatınadək Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində, Xətai Tibb Mərkəzinin direktorunun müavini - baş həkimi S.Əliyeva eyni tibb mərkəzinin Keyfiyyətin idarəolunması komitəsinin rəhbəri vəzifəsində, Tovuz Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahi xidmətlər üzrə müavini F.Vəliyev eyni xəstəxananın Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsinin müdiri vəzifəsində, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktorunun terapevtik xidmətlər üzrə müavini E.Məmmədov isə Lənkəran Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında bölmə müdiri vəzifəsində çalışıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır