Naxçıvan Səhiyyə Nazirliyində vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib
23.07.2025 07:44

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov nazirliyin inzibati binasında vətəndaş qəbulu həyata keçirib.

 

Bu məlumat Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən verilib.

 

Bildirilib ki, qəbul zamanı vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib, onların qaldırdıqları məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

 

Görüşdə əsasən tibbi xidmətlərin təşkili, müalicə müəssisələrinin fəaliyyəti, kadr məsələləri və digər səhiyyə sahəsi ilə bağlı müraciətlər yer alıb.

 

Nazir qeyd edib ki, əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun təmin olunması səhiyyə sisteminin qarşısında duran əsas vəzifələrdəndir. Bildirilib ki, qaldırılan məsələlərin qanunvericilik çərçivəsində araşdırılması və operativ şəkildə həll olunması üçün lazımi tədbirlər görüləcəkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır