Azərbaycanda STEPS-2025 sorğu-tədqiqatı aparılır
22.07.2025 16:01

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.

 

Nazirlikdən Aztibb.az-a bildirilib ki, tədqiqatın məqsədi ölkəmizdə qeyri-infeksion xəstəliklərin əsas risk amilləri (tütün və alkoqol istifadəsi, fiziki passivlik, qeyri-sağlam qidalanma və s.) üzrə məlumat toplamaqdır.

STEPS – ÜST tərəfindən hazırlanmış və 100-dən çox ölkədə tətbiq olunan standart metodologiyadır və 3 mərhələdən ibarətdir: sorğu aparılması, fiziki ölçmələr (boy, çəki, bel və omba çevrəsi, təzyiq) və qan nümunəsinin götürülməsi (qanda şəkərin və xolestrolun miqdarının təyini üçün). Respublika üzrə 240 klaster olmaqla 2880 nəfər tədqiqata cəlb olunub. Respondentlərin iştirakı paytaxt və bölgələr üzrə təsadüfi seçmə üsulu ilə müəyyən edilib. Toplanan bütün məlumatların tam məxfi saxlanılması, nəticələrin təhlil edilərək analiz olunması, əhalinin sağlamlığının qorunması və müdafiəsi üçün nəzərdə tutulan müxtəlif proqramlarda istifadəsi nəzərdə tutulub.

 

Tədqiqatdan əvvəl işçi heyət üçün ÜST-nin dəstəyi ilə xarici və yerli ekspertlər tərəfindən təlimlər keçilib. Müsahibəçilərə STEPS-in 3 mərhələli şəkildə həyata keçirilmə qaydaları, sorğu zamanı müsahibənin izlənmə formasının doldurulması və məlumatları e-STEPS bazaya yerləşdirmə üsulları, məlumatların toplanılmasında əsas rol oynayan Android cihazının funksiyaları izah edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Səhiyyə Nazirliyinə həvalə olunan 3.3.7. (Vətəndaşların sağlam həyat tərzinin təmin edilməsi) bəndinin 3.3.7.4. (Əhalinin yaş kateqoriyaları, sosial-iqtisadi və gender amillərinə uyğun olaraq, sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı vəziyyətin müntəzəm monitorinqi və qiymətləndirilməsi. STEPS sorğusunun hazırlanması və aparılması) yarımbəndinin icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) həvalə olunub. Azərbaycanda bu tədqiqat daha əvvəl də aparılıb və İSİM tərəfindən həyata keçirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır