Ay torpağından oksigen və yanacaq yaradan yeni texnologiya
22.07.2025 13:16

Çinli alimlər Ay torpağından su çıxarıb onu oksigen və yanacağa çevirən texnologiya yaradıblar. Bu, yerli resurslardan istifadə sayəsində Ay bazalarının qurulmasını asanlaşdıra bilər.   

 

Aztibb.az-ın www.newscientist.com-a istinadla xəbərinə görə, mütəxəssislər "Chang'e 5" missiyası çərçivəsində Yerə gətirilmiş Ay reqoliti (Ayın qırıntılardan ibarət olan ən üst səth qatı)  nümunələrindən istifadə edərək kompleks  həll yolu tapıblar. Onların texnologiyası eyni anda torpaqdan su çıxarır və karbon qazını oksigenə və yanacaq üçün kimyəvi komponentlərə çevirir. Bu prosesin əsas elementi fototermal katalizdir - günəş işığını kimyəvi reaksiyalar üçün istiliyə çevirən proses.

Alimlər Ay torpağında olan mineralın  bu prosesdə katalizator kimi xüsusilə effektiv olduğunu vurğulayıblar.

 

Yeni metod eyni anda iki problemi həll edir: nəfəs almaq üçün oksigenin istehsalı, texnika üçün yanacağın yaradılması. Tədqiqat rəhbəri Lu Wang bildirib ki, hazırda katalitik proseslərin effektivliyi tam şəkildə həyatın təmin olunması üçün yetərli deyil.

 

Tədqiqatçılar sistemi daha da effektivləşdirməyi planlaşdırırlar. Texniki maneələrin aradan qaldırılması və texnologiyanın maya dəyərinin azaldılması, gələcək Ay missiyalarında bu texnologiyanın praktik tətbiqi üçün əsas amil olacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır