İyulun 22-si Ümumdünya Beyin Günüdür
22.07.2025 12:44

Beyinlə əlaqədar xəstəliklərdən qorunma və beyin sağlamlığının vacibliyinə diqqət çəkmək məqsədilə Ümumdünya Nevrologiya Federasiyası iyulun 22-ni Ümumdünya Beyin Günü kimi elan edib. 1957-ci ildə yaradılan həmin federasiya hazırda dünyanın müxtəlif ölkələrindən 120-dən çox peşəkar nevroloji assosiasiyanı öz ətrafında birləşdirir.

 

Aztibb.az xəbər verir ki, beyinin insanın mərkəzi sinir sisteminin əsas orqanı olduğu heç kəs üçün sirr deyil. Təbabətin inkişafına və bu sahədə, o cümlədən beyin tədqiqatları sahəsində əldə edilən elmi kəşflərə baxmayaraq, insanın sinir sistemi tədqiqatları indiyədək davam edir. Beyin və onun fəaliyyəti ilə bağlı çoxsaylı məqamlar hələ də kəşf edilməmiş qalır. Beyin hüceyrələri uzun müddət oksigen çatışmazlığına məruz qalanda infarkt, insult və bir sıra təhlükəli xəstəliklərə - ürəyin işemik xəstəliklərinə əlverişli zəmin yaranır.

 

Vaxtaşırı başağrıları, əsəbi gərginliklər, yaddaş və yuxunun pozulmaları beyində oksigen çatışmazlığının ilkin əlamətləridir. Ahıl və qoca yaşlarda beyin damarlarının sklerozu daha bariz şəkildə təzahür edir. İnsanların qocalması, ilk növbədə, beyin damarlarının aterosklerozu nəticəsində yaranan oksigen çatışmazlığı ilə bilavasitə əlaqədardır. Orqanizmi təşkil edən bütün sistemlərin beyinin müvafiq nahiyələrində xüsusi mərkəzləri mövcuddur. Bütün fəaliyyətlərimiz həmin mərkəzlər vasitəsilə idarə və tənzim olunur.

 

Qan damarları vasitəsilə orqanizmə çatdırılan ümumi oksigen və enerjinin 20 faizi beyin tərəfindən istehlak olunur. Beyin hüceyrələri çoxlu enerji tələb edir, ona görə də mərkəzi sinir sisteminin toxumalarına oksigen və enerjinin adekvat təchizatı olmadan müxtəlif nevroloji xəstəliklər və beyin disfunksiyası inkişaf edir. İnsan beyninin 73 faizi sudan ibarətdir. Bir saat yarım aktiv tərləmə bir il qocalma kimi beynin ölçüsünü azaldır.

 

İnsan beyni təxminən 2,5 milyon giqabayt məlumat saxlaya bilir. Lakin məlumatı asan əldə etmək yadda saxlamağı çətinləşdirir, ona görə də məlumat əldə etmək üçün nə qədər çox zəhmət tələb olunursa, onu bir o qədər yaxşı xatırlamaq mümkündür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır