Ürək sağlamlığı bütün bədənə təsir edir - TƏDQİQAT
22.07.2025 12:28

 

Emory Universitetinin alimləri tərəfindən aparılan yeni bir araşdırma göstərir ki, ürək-damar sağlamlığını qorumaq təkcə ürəyi deyil, bütün bədəni və psixoloji rifahı da müsbət təsir edir.

 

Aztibb.az “News Medical” saytına istinadla xəbər verir ki, tədqiqat “Amerika Ürək Assosiasiyasının Jurnalı”nda dərc olunub və 500-ə yaxın əvvəlki araşdırmanın nəticələri birləşdirilərək təqdim edilib.

 

Elm adamları müəyyənləşdiriblər ki, sağlam həyat tərzi sadəcə infarkt və ya yüksək təzyiq riskini azaltmaqla kifayətlənmir. Bu vərdişlər eyni zamanda, beyin funksiyasını gücləndirir, görmə və eşitmə qabiliyyətini qoruyur, əzələləri gücləndirir və hətta xərçəng və demensiya kimi xroniki xəstəliklərin qarşısını almağa kömək edir.

 

Tədqiqatın müəlliflərindən biri, Emory Universitetindən dr. Liliana Aguayo bildirib: “Biz əvvəllər ürək və beyin sağlamlığı arasında əlaqəni bilirdik. Lakin bu araşdırmanın göstərdiyinə görə, demək olar ki, hər bir orqan və bədən sistemi sağlam həyat tərzindən fayda görür”.

 

Tədqiqatda Amerika Ürək Assosiasiyasının “Life’s Simple 7™” (Siqaret çəkməmək, sağlam qidalanma, fiziki aktivlik, sağlam çəki, qan təzyiqi, xolesterin və qan şəkərinin idarəsi) prinsipləri əsas götürülüb. Sonradan bu göstəricilərə yuxu da əlavə olunaraq “Life’s Essential 8™” adlandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır