2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında stasionar pasiyentlər üçün yaradıcı emalatxana açılıb
18.07.2025 17:09

Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında stasionar pasiyentlər üçün yaradıcı emalatxana fəaliyyətə başlayıb.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, bu layihə onların sosial adaptasiyasını, psixi sağlamlığını dəstəkləməklə yanaşı, asudə vaxtlarının səmərəli təşkilinə və yaradıcı bacarıqlarının üzə çıxarılmasına xidmət edir.

 

Yeni yaradılan emalatxanada pasiyentlər bədii-tətbiqi sənət nümunələri, toxuculuq, rəsm və təbii materiallarla əl işləri hazırlayacaqlar. Bu fəaliyyətlər onlara özünüifadə imkanı verərək müalicə prosesinə əlavə psixososial dəstək rolunu oynayacaq.

 

Gələcək planlara əl işlərinin sərgilənməsi və gələcəkdə satış-sərgilərin təşkili də daxildir. Bu həm pasiyentlərin zəhmətinə verilən dəyəri göstərmək, həm də onların cəmiyyətə inteqrasiyasına töhfə vermək məqsədi daşıyır.Yaradıcılıq emalatxanası ilə xəstəxanada yeni bir yanaşma formalaşır: burada pasiyentlər yalnız müşahidə olunan deyil, həm də yaradan, dəyər qatan, cəmiyyətə mesaj göndərən fərdlərə çevrilirlər.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır