Son 6 ay üzrə tibbi statistik göstəricilər açıqlanıb
18.07.2025 14:01

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) cari il yanvar-iyun ayları ərzində icbari tibbi sığorta çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərlə bağlı statistik göstəriciləri təqdim edib.

 

Agentliyin mətbuat xidmətindən Aztibb.az-a verilən məlumata görə, 2025-ci ilin 6 ayı ərzində icbari tibbi sığorta çərçivəsində 3,6 milyondan çox şəxs tibb müəssisələrinə 12,3 milyon dəfə müraciət edib. Bu o deməkdir ki, ölkə əhalisinin 38 faizi icbari tibbi sığortadan yararlanıb. Göstərilən xidmət sayı isə 44,2 milyon olub. Tibbi xidmətlərin 87 faizi ambulator, 13 faizi stasionar şəraitdə göstərilib.

 

Ən çox xidmət göstərən tibb müəssisələrinin ilk beşliyində Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Sabunçu Tibb Mərkəzi və Respublika Klinik Xəstəxanası yerləşir.

 

Ən çox müraciət edilən xəstəliklər sırasında isə ilk yerdə ümumi tibbi müayinə, endokrin, tənəffüs, qan dövranı və sidik-cinsiyyət sisteminin xəstəlikləri gəlir.

 

Bu ilin 6 ayı ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində ümumilikdə 18 milyon 523 mindən çox laborator tibbi xidmət göstərilib. Laborator tibbi xidmətlərin 85 faizini ambulator, 15 faizini isə stasionar tibbi xidmətlər təşkil edib. Ən çox müraciət edilən laborator analizlərə qanın ümumi analizi, sidik analizi, qanda qlükozanın miqdarının müəyyən edilməsi, kreatinin testi, eləcə də, protrombin zamanı (PT) kimi müayinələr daxildir.

 

TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara İTSDA-nın müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir. Cari ilin ilk yarımilliyində vətəndaşlara 154 min 987 göndəriş verilib. Bu ilin yanvar-aprel ayları ərzində göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 64 min 983 əməliyyat və prosedurdan yararlanıb.

 

Bu xidmətlərdən 1192-i uşaqlara, 63 min 791-i isə böyüklərə göstərilib.

 

Sözügedən əməliyyat və prosedurlardan 29 min 1-ni invaziv radiologiya, 18 min 289-nu oftalmoloji, 7 min 675-ni ürək-damar cərrahiyyəsi üzrə xidmətlər təşkil edib.

 

Məlumat üçün bildirək ki, cari ilin 6 ayı ərzində xidmətlər zərfi çərçivəsində 80 orqan transplantasiyası əməliyyatı icra olunub. Bunlardan 56 faizini böyrək, 38 faizini qaraciyər, 6 faizini isə sümük iliyi transplantasiyası əhatə edir.

 

Vətəndaşlara verilən göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı cari ilin yanvar-iyun ayları üzrə davam edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır