Reabilitasiya mərkəzlərinin rəhbərləri üçün “Keyfiyyət idarəetməsi üzrə təlimlər”ə başlanılıb
18.07.2025 13:37

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində Agentliyin xidmət keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə reabilitasiya mərkəzlərinin rəhbərləri üçün “Keyfiyyət idarəetməsi üzrə təlimlər”ə başlanılıb. 

 

Agentlikdən Aztibb.az-a verilən məlumata görə, təlimlərin əsas məqsədi reabilitasiya sahəsində fəaliyyət göstərən rəhbər şəxslərin bilik və bacarıqlarının artırılması, həmçinin müasir keyfiyyət idarəetməsi yanaşmalarının idarəçilikdə effektiv şəkildə tətbiqinə dəstək olmaqdır.

 

Təlimlər  ISO 7101:2023 – Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemi, ISO 9001:2015 – Keyfiyyətin idarəetmə sistemi və ISO 19011:2018 – İdarəetmə sistemlərinin auditinin keçirilməsi mövzularına həsr olunub. 

 

Təlimlər mərkəzlərin idarəedilməsində beynəlxalq standartların praktiki tətbiqi və göstərilən xidmətlərin keyfiyyət göstəricisinin daha da artırılması baxımından əhəmiyyətlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır