Təcrübəli cərrah Rauf Yahyayev Naftalan Şəhər Mərkəzi Xəstəxanasında işə başlayıb
18.07.2025 13:21

Naftalan Şəhər Mərkəzi Xəstəxanasında kadr təyinatı olub.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, təcrübəli həkim Yahyayev Rauf Ruzbay oğlu Naftalan ŞMX-da ümumi cərrah vəzifəsinə təyin olunub.

 
O, 1967-ci ildə Goranboy rayonunun, Qaşaltı kəndində anadan olub. 1985-1993-cü illərdə Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1993-1994-cü illərdə Bakı şəhər 3 saylı Şəhər Kliniki Xəstəxanasında həkim-cərrah ixtisası üzrə internatura keçib.
 
Rauf Yahyayev 1994-1996-cı illərdə Goranboy Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah, 1996-2009-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində Cərrahiyyə bölməsinin rəisi-aparıcı cərrah, 2009-2012-ci illərdə Gəncə Müalicə Diaqnostika Mərkəzində baş həkim, 2012-2014-cü illərdə Dəliməmmədli Şəhər Xəstəxanasında həkim-cərrah, 2014-2020-ci illərdə Gəncə Şəhər 2 saylı Xəstəxanasında Cərrahiyyə şöbəsinin müdiri, 2020-2022-ci illərdə Gəncə Şəhər Abbas Səhhət adına Xəstəxanada həkim-cərrah, 2022-2025-ci illərdə Goranboy Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifələrində çalışıb.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır