"Zəka” gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri ilə görüş keçirilib
18.07.2025 10:18

Mərkəzi Gömrük Hospitalında “Zəka” gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

 

Bu barədə Aztibb.az-a Gömrük Hospitalından məlumat verilib.

 

Bildirilib ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general mayoru, Əməkdar həkim Ceyhun Məmmədov gömrük sistemində müasir bilik və bacarıqlara malik əməkdaşların karyera yüksəlişinin təmin olunması, ixtisaslı kadr ehtiyatının formalaşdırlması baxımından müsabiqənin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bundan başqa, xidməti vəzifələrin yerinə yetirilməsi zamanı daim öz üzərində işləmək, bilikləri dərinləşdirmək, vətənə və xalqa sədaqətlə xidmət prinsiplərini üstün tutmağın vacibliyi diqqətə çatdırılıb.

 

Daha sonra “Zəka” - gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri üçün təlim keçirilib. Təlimdə “İlk yardım kursu”, “İlan və digər zəhərli heyvanların dişləmələri zamanı diaqnostika və ilk yardım” mövzularında təqdimatlar nümayiş etdirilib.Təlim çərçivəsində gömrük əməkdaşlarına zəhərli heyvanların dişləmələri zamanı klinik əlamətlərin tanınması, zəhərlənmə hallarının erkən mərhələdə müəyyən olunması, zərərçəkmişə yerində ilkin yardım göstərilməsi, eləcə də tibbi yardım göstərilənədək görüləcək tədbirlər barədə ətraflı məlumat verilib.

 

Həmçinin, qıcolma, tənəffüs dayanması kimi hallarda göstərilməli olan ilkin tibbi yardım prinsiplərindən bəhs olunub, bu hallarda tətbiq edilən əsas texnikalar nümayiş etdirilib, praktiki məşğələlər keçirilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub