Beynimizlə bağlı gizli qalan sirr açıldı
17.07.2025 14:23

İngiltərəli alimlər beynimizin vərdişləri necə öyrəndiyinə dair mühüm kəşfə imza atıblar. Araşdırma zamanı məlum olub ki, beyində yalnız  öyrənmə deyil, həm də təkrarlanan davranışları gücləndirən ikinci sistem mövcuddur.

 

Aztibb.az-ın xəbərinə görə, "Nature" jurnalında dərc olunan tədqiqatın nəticələri göstərib ki, beyin iki fərqli dopamin siqnalı vasitəsilə öyrənir: mükafat (RPE) və hərəkət proqnozu xətası (APE). RPE nəticələrin qiymətləndirilməsinə xidmət edir, APE isə tez-tez edilən hərəkətləri möhkəmləndirir. Xüsusilə striatumun quyruğu adlı hissədə kodlanan APE sistemi vərdişlərin davamlı formalaşmasında əsas rol oynayır. Bu bölgə zədələnəndə vərdişlər inkişaf etmir.

Tədqiqat pis vərdişlərin niyə tərk edilməsinin çətin olduğunu da açıqlayır: Beyin bir hərəkəti çox təkrar etdikdə, onu dəyərsizləşdirmədən mövcud hal kimi qəbul edir. Amma yeni vərdişlərin köhnələrinin yerini tutması mümkündür. Bu kəşf asılılıq və Parkinson kimi xəstəliklərin müalicəsində yeni perspektivlər vəd edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır