ATU nümayəndəsi Erasmus+ Əməkdaşlar Həftəsində beynəlxalq təcrübə mübadiləsi aparıb  
17.07.2025 15:20

Azərbaycan Tibb Universitetinin (ATU) Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Aynur Abduləliyeva Türkiyənin Yeditepe Universitetində keçirilən Erasmus+ Staff Week (Əməkdaşlar Həftəsi) proqramında iştirak edib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, tədbir Erasmus+ proqramının beynəlxalq tərəfdaşlıq və şəbəkələşmə məqsədini gücləndirmək üçün təşkil olunub və İtaliya, İngiltərə, İspaniya, Portuqaliya, Belçika, Yunanıstan, Xorvatiya və digər ölkələrdən ali təhsil müəssisələrinin nümayəndələrini bir araya gətirib.

 

Proqram çərçivəsində iştirakçılar universitetlərin beynəlxalq ofislərinin idarə olunması, akademik və inzibati əməkdaşlıq mexanizmləri, mübadilə proqramlarının təşkili və idarə edilməsi, tələbə və müəllim mobilliyi kimi mövzularda geniş təcrübə və fikir mübadiləsi aparıblar. Sessiyalar zamanı həmçinin Erasmus+ layihələrinin yazılması, maliyyələşmə imkanları, beynəlxalqlaşma strategiyaları və mədəni müxtəliflik mövzularında təlimlər keçirilib.

 

Azərbaycan Tibb Universitetinin nümayəndəsi Aynur Abduləliyeva tədbirdə universiteti layiqincə təmsil edərək iştirakçılarla birbaşa görüşlər keçirib, bir sıra ali məktəblərlə gələcək əməkdaşlıq və akademik mübadilə imkanlarını müzakirə edib. Tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi məqsədilə ATU-nun beynəlxalq əməkdaşlıq strategiyası, tələbə və müəllim mübadiləsi proqramları barədə ətraflı məlumat verib.

 

ATU rəhbərliyi qeyd edir ki, universitet beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir və Erasmus+ kimi proqramlarda iştirakı qlobal təhsil məkanında mövqeyinin gücləndirilməsi, akademik mühitin beynəlmiləlləşdirilməsi və tələbələr üçün yeni təhsil imkanlarının yaradılması baxımından strateji əhəmiyyətli hesab edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır