Səhiyyə Nazirliyində "Pfizer" şirkətinin nümayəndə heyəti ilə görüş olub
17.07.2025 14:40

Səhiyyə Nazirliyində "Pfizer" şirkətinin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə rəhbəri Dmitriy Kozenkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Bu barədə Aztibb.az-a Nazirlikdən məlumat verilib.

 

Bildirilib ki, görüşdə səhiyyə naziri Teymur Musayev qeyd edib ki, koronavirus pandemiyası zamanı ölkəmizdə 4 tanınmış vaksin şirkətlərinin peyvəndləri tətbiq olunub. Nazir qeyd edib ki, bu vaksinlərdən biri də “Pfizer-BioNTech” şirkətinin istehsal etdiyi peyvənd olub. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Pfizer-BioNTech” vaksinini təcili istifadə üçün təsdiqlənən vasitələr reyestrinə daxil edib.

 

Teymur Musayev, həmçinin ölkə əhalisinin sağlamlığı üçün əhəmiyyətli olan digər vaksinlərin də Azərbaycanda tətbiqi məsələlərinin müzakirəsinə də səhiyyə nazirliyinin hazır olduğunu bildirib.

 

Görüşdə "Pfizer" şirkətinin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə rəhbəri Dmitriy Kozenkov qeyd edib ki, Azərbaycan COVID-19 pandemiyanın başladığı ilk günlərdən mübarizədə özünəməxsus yol seçən ölkələr sırasında olub. Belə ki, Azərbaycan Hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri aradan qaldırmaq üçün operativ və uğurlu tədbirlər həyata keçirib.


Görüşdə Səhiyyə Nazirliyi ilə "Pfizer" şirkəti arasında qarşılıqlı əməkdaşlıq məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb və elmi-tibbi aspektlər müzakirə edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub