İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rəqəmsal platformasını yeniləyib
17.07.2025 12:19

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində vətəndaşlara təqdim edilən məlumatların daha əlçatan olması və saytın funksionallığının artırılması məqsədilə bir sıra yeniliklər həyata keçirilib.

 

Agentliyin mətbuat xidmətindən Aztibb.az-a verilən məlumata görə, “Tibb müəssisələrinin axtarış sistemi” bölməsi yenilənib. Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutları və mərkəzlərində göstərilən tibbi xidmətlər sistemə inteqrasiya edilib. Bu dəyişikliklə vətəndaşlar artıq icbari tibbi sığorta çərçivəsində müraciət edə biləcəkləri bütün dövlət tibb müəssisələrini vahid platforma üzərindən asanlıqla axtarıb tapa bilirlər.

 

Eyni zamanda, sayta abunəlik funksiyası da əlavə olunub. Bu funksiya istifadəçilərə agentliyin portalında yerləşdirilən yenilik, xəbər və vakansiyalar barədə elektron poçt vasitəsilə məlumat almağa şərait yaradır. Vətəndaşlar bu funksiyadan istifadə etməklə icbari tibbi sığorta barədə gündəlik yenilikləri daha operativ izləyə bilərlər.

 

Sayt üzərində həyata keçirilən digər mühüm texniki dəyişikliklərdən biri də interaktiv xəritə funksionallığının genişləndirilməsidir. Artıq həm “Tibb müəssisələrinin axtarışı sistemi”, həm də “Filiallar” bölməsində istifadəçilər öz mövcud məkan məlumatlarına əsasən yaxınlıqda yerləşən dövlət tibb müəssisələrini və agentliyin regional filiallarını xəritə üzərində birbaşa görə bilirlər.

 

İstifadəçilərin informasiya axtarışı zamanı yarana biləcək suallarını da nəzərə alaraq saytın müxtəlif bölmələrinə tez-tez ünvanlanan suallardan ibarət “Ən çox verilən suallar” hissəsi əlavə olunub. Bu yanaşma istifadəçilərə məlumatı birbaşa səhifə daxilində əldə etmək və yaranmış suallara dərhal cavab tapmaq imkanı yaradır.

 

Son olaraq, istifadəçi məmnuniyyətinin artırılması məqsədilə məlumat təqdim edən səhifələrdə qiymətləndirmə və rəy bildirmək imkanları yaradılıb. İstifadəçilər bu səhifələrdə yerləşdirilən məlumatların faydalılığını qiymətləndirməklə yanaşı, əlavə fikir və təkliflərini də birbaşa təqdim edə bilirlər. Bu dəyişiklik agentliyin saytına dair ictimai rəyin öyrənilməsinə və xidmətlərin davamlı olaraq təkmilləşdirilməsinə imkan yaradır.

 

Qeyd edilən yeniliklər agentliyin rəqəmsal xidmətlərinin səmərəliliyini artırmaq, vətəndaşlarla interaktiv əlaqəni gücləndirmək və istifadəçi təcrübəsini davamlı olaraq yaxşılaşdırmaq istiqamətində atılan addımlardır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır