Uşaq travmaları yetkinlik dövründə psixi sağlamlığa təsir göstərir
19.07.2025 10:54

Britaniyanın Lids Universitetinin psixoloqları hesab edirlər ki, stresin qiymətləndirilməsi və qavranılan stres uşaq travmaları ilə yetkinlik dövründə müşahidə edilən depressiya, təşviş, özünü aciz hissetmə və sıxıntı arasında əsas əlaqələndirici rolunu oynayır.


Aztibb.az xəbər verir ki, “PLOS On” jurnalında dərc olunan “Uşaq travmasının yetkinlik dövründə psixi sağlamlıq nəticələrinə, intihar riski amillərinə və stresin qiymətləndirilməsinə təsiri” adlı araşdırmanın məqsədi uşaq travmasının yetkin yaşda psixi sağlamlıq nəticələri (depressiya, təşviş), intihar riskini artıran amillər (acizlik hissi, sıxıntı) və streslə bağlı nəticələrlə (stresin qiymətləndirilməsi, qavranılan stres) əlaqəli olub-olmadığını müəyyənləşdirmək, həmçinin uşaq travmasının bu nəticələrə təsirində stresin qiymətləndirilməsi və qavranılan stresin vasitəçi rolunu araşdırmaq olub.

 

Bir həftəlik fasilə ilə iki sessiyadan ibarət onlayn tədqiqatda 273 nəfər iştirak edib. Birinci sessiyada iştirakçılar uşaq travmaları ilə bağlı sorğunu cavablandırıblar. İkinci sessiyada isə son bir həftə ərzindəki depressiya, təşviş, acizlik hissi, sıxıntı, stresin qiymətləndirilməsi və qavranılan stres səviyyəsini ölçən sorğuları doldurublar.

 

Təhlillər göstərib ki, uşaq travması daha yüksək depressiya, təşviş, acizlik hissi və sıxıntı ilə əhəmiyyətli dərəcədə əlaqəlidir. Həmçinin uşaq travması stresin qiymətləndirilməsi və qavranılan stres vasitəsilə dolayısı ilə depressiya, təşviş, acizlik hissi və sıxıntıya təsir göstərir.

 

Bu nəticələr uşaq travmasının yetkinlik dövründə psixi sağlamlıq və intihar riski amillərinə davamlı təsirini, bunun isə gündəlik həyatda qarşılaşılan stresin qiymətləndirilməsi yolu ilə baş verdiyini bir daha vurğulayır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır