Varikozun yaranma səbəbləri nələrdir?
16.07.2025 12:42

Varikoz genişlənmə damarların, xüsusilə ayaqlardakı səthi vena damarlarının genişlənməsi və əyilməsi ilə xarakterizə olunan bir vəziyyətdir.

 

Aztibb.az-ın xəbərinə görə, bu, damarlardakı qapaqcıqların düzgün işləməməsi, həmçinin venaların divarında olan əzələlərin tonusdan düşməsi nəticəsində yaranır. Normal halda qapaqcıqlar venalarda qanın geri qayıtmasının qarşısını alır və ürəyə doğru hərəkətini təmin edir. Lakin zədələndikdə, tonusdan düşdükdə və ya zəiflədikdə, qan vena və damarlara yığılır və təzyiq artaraq onların genişlənməsinə səbəb olur.

 

Varikozun yaranma səbəbləri aşağıdakılardır:


- Varikoz genişlənmənin əsas yaranma faktorlarından biri genetik meyillikdir. Yəni ailədə varikoz xəstəliyi olan şəxslərdə bu xəstəliyin yaranma riski daha yüksəkdir;
- Uzun müddət ayaq üstə qalma xəstəliyin əmələ gəlməsində əsas faktorlardan sayılır. Bu da əsasən oturaq və ya ayaqüstü həyat tərzi keçirən insanlarda yaranır;
- Digər səbəblərdən biri də yaşlanmadır. İnsanın yaşı artdıqca damar divarlarının əzələ sistemi tonusdan düşür və zəifləyir;
4Varikoz genişlənmə hamiləlik zamanı da inkişaf edə bilər. Belə ki, hormon dəyişiklikləri və aşağı ətraflar damarlarında artan təzyiq səbəbindən ayaq venalarında durğunluq yaranır və bu da varikoz xəstəliyi ilə nəticələnir;
- Varikoz xəstəliyinin yaranmasında vacib etiologiyalardan biri də piylənmə sayılır. Artıq çəki aşağı ətrafların yükünü daha da artırır və damarlara əlavə təzyiq göstərir. Durğunluqdan genişlənmiş damarlar yüksək təzyiqin təsiri altında dəri altına çıxaraq qıvrılır və daxilində tromb formalaşır.


Varikoz genişlənmənin patogenezinin əsasında venoz klapanların disfunksiyası və ya damar divarının zəifliyi durur və bu müxtəlif mərhələlərlə inkişaf edir. Venoz klapanların disfunksiyası, venoz hipertoniya, damar divarının zəifləməsi, venoz durğunluq, mikrosirkulyasiya pozğunluğu və ağırlaşmalar varikoz genişlənmənin patogenezinin əsas mərhələləridir.

 

Varikoz genişlənmənin müalicəsini medikamentoz və cərrahi yolla həyata keçirmək mümkündür. Cərrahi müalicə ən son üsuldur. Xəstəliyin ilkin mərhələsində təbii müalicə üsullarından istifadə etmək məqsədəuyğundur.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
 Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri narkomaniya ilə mübarizəyə dair maarifləndiriliblər   
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Pirallahı Tibb Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu