Ozaki texnikası ilə kombinə edilmiş mürəkkəb əməliyyat uğurla icra olunub
16.07.2025 10:55

Yeni Klinika komandası icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində, ürək-damar cərrahiyyəsi sahəsində yüksək texniki çətinlik dərəcəsinə malik olan Ozaki texnikası ilə aorta qapağının rekonstruksiyası və eyni zamanda qalxan aortanın süni damar ilə əvəzlənməsi əməliyyatını uğurla icra edib.

 

Klinikadan Aztibb.az-a bildirilib ki, görmənin birtərəfli itməsi, kəskin nəfəs darlığı və sinə ağrısı şikayətləri ilə Yeni Klinikaya müraciət edən 65 yaşlı pasiyentə aparılan müayinələr nəticəsində aorta qapağının daralması (aortal stenoz) və qalxan aortanın genişlənməsi diaqnozu qoyulub.

 

Əməliyyat ürək-damar cərrahları Uzm.Dr.Elgin Hacızadə və Dr.Cavid İbrahimovun iştirakı ilə uğurla icra olunub. Prosedur zamanı pasiyentin kalsifikasiyaya uğramış aorta qapağı çıxarılıb və onun əvəzinə xəstənin öz toxumasından hazırlanmış bioloji və funksional təbii qapaq implantasiya edilib. Əlavə olaraq, qalxan aorta hissəsi süni damarla əvəz olunub.

 

Əməliyyatdan sonra pasiyent bir gün Reanimasiya şöbəsində, daha sonra isə altı gün müddətində stasionar şəraitdə həkim nəzarətində saxlanılıb. Ümumi vəziyyəti stabilləşdikdən sonra evə yazılıb.

 

Qeyd edək ki, peşəkar və təcrübəli cərrahi komanda tərəfindən icra edilən əməliyyatda hər iki prosedurun eyni anda icra edilməsi həm texniki baxımdan mürəkkəb, həm də pasiyent üçün ciddi risklər daşıyır.

 

Məlumat üçün bildirək ki, Ozaki metodu yapon ürək cərrahı Prof. Şiqeyuki Ozaki tərəfindən hazırlanaraq standartlaşdırılıb. Yalnız yüksək ixtisaslaşmış mərkəzlərdə tətbiq olunan bu texnika aorta qapaq xəstəliklərinin müalicəsində mexaniki və bioprotez qapaqlara effektiv alternativ sayılır. Onun əsas üstünlüyü orqanizmə yad materialın yerləşdirilməməsi, təbii qapaq kimi funksional olması və pasiyentin ömürlük qan durulducu dərmanlardan azad qalmasıdır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır