Kardioloq İradə Mahmudova: "PFO-nun diaqnozu və izlənməsi tibbi cəhətdən vacibdir"
16.07.2025 10:19

Patent Foramen Ovale (PFO) ürəyin sağ və sol qulaqcıqları arasında yerləşən və doğuşdan sonra tam bağlanmayan bir dəlikdir. Normalda, ana bətnində olarkən bu dəlik qan dövranının düzgün işləməsi üçün zəruridir, lakin doğuşdan sonra bağlanmalı və artıq funksiyasını itirməlidir.

 

Bu barədə Aztibb.az-a məlumat verən Xətai Tibb Mərkəzinin kardioloqu İradə Mahmudova bildirib ki, PFO bəzi insanlarda həmin dəliyin tam bağlanmaması və açıq qalması deməkdir. Bu hal adətən heç bir əlamət vermədən, təsadüfi olaraq aşkarlanır.

 

Onun sözlərinə görə, tibbi baxımdan PFO əhalinin təxminən 25 faizində rast gəlinir və bir çox insan üçün heç bir fəsad yaratmır.

 

Kardioloq qeyd edib ki, müəyyən hallarda PFO ciddi sağlamlıq problemlərinə, xüsusilə də qan laxtalarının ürəyin sağ tərəfindən sol tərəfə keçərək beyinə və ya digər orqanlara emboliya riski yaratdığı hallarda səbəb ola bilər. Buna görə də, PFO-nun diaqnozu və izlənməsi tibbi cəhətdən vacibdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır