“Mentor Klinika” layihəsi çərçivəsində tibb müəssisələrinə baxış davam etdirilir
16.07.2025 09:13

TƏBİB-in “Mentor Klinika” layihəsi çərçivəsində Abşeron Rayon Mərkəzi Xəstəxanası, Mərkəzi Neftçilər Xəstəxanası, Respublika Klinik Xəstəxanası, Sabunçu, Nərimanov tibb mərkəzlərinin rəhbərliyi və işçi qrupu tərəfindən tibb müəssisələrinə baxış keçirilib.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən bildirilib.

 

Qeyd olunub ki, Quba, Ağcabədi, İsmayıllı, Ağsu, Şəmkir, Tovuz, Göyçay, Ucar rayon mərkəzi xəstəxanalarına və Şirvan Şəhər Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə yerində tanışlıq məqsədilə müəssisələr ziyarət olunub, birgə monitorinq həyata keçirilib. Tibb müəssisələrinin mövcud problemləri və gələcək fəaliyyət istiqamətləri ətrafında geniş müzakirələr aparılıb.

 

Görüşlər zamanı müəssisələr arasında əməkdaşlığın gücləndirilməsi, klinik protokolların optimallaşdırılması və idarəetmədə müasir yanaşmaların tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin tibbi heyətin bilik və bacarıqlarının artırılması məqsədilə təlim və mentorluq mexanizmlərinin tətbiqi nəzərdə tutulub.

 

Qeyd edək ki, TƏBİB-in “2025-2027-ci illər üzrə Strateji Plan”ına uyğun olaraq əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək və səhiyyə sisteminin səmərəliliyini artırmaq məqsədilə “Mentor Klinika” layihəsinin icrasına başlanılıb. "Mentor Klinika" layihəsinin məqsədi regionlarda əhalinin yüksək keyfiyyətli, əhatəli və əlçatan tibbi xidmətlə təmin olunmasını gücləndirməklə, ölkə üzrə səhiyyə sistemində balanslı inkişafı təşviq etmək və Bakı şəhərinə olan pasiyent axınını azaltmaqdır. Layihənin hədəfi isə region xəstəxanalarının kliniki baxımdan gücləndirilməsi, özünü maliyyələşdirmə qabiliyyətinin yüksəldilməsi, xidmət sayının və çeşidliliyinin artırılmasıdır.

 

Hazırda tibb müəssisələrində göstərilən xidmət sayı Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə 55 %, regionlar üzrə isə 45 % təşkil edir. Layihə çərçivəsində TƏBİB-in tabeliyində olan Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə bir neçə xəstəxananın mentor klinika statusu alaraq müəyyən edilmiş region xəstəxanalarına bilavasitə dəstək göstərməsi nəzərdə tutulub. Bu mentorluq çərçivəsində həkimlərin regionlarda fəaliyyət göstərməsi, tibb bacılarının təlimi, tibbi xidmət çeşidinin artırılması və idarəetmə üzrə konsultativ dəstək planlaşdırılır.

 

Əlavə edək ki, layihənin ilkin pilot mərhələdə 1 il müddətində həyata keçirilməsi nəzərdə tutulub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır