Dünyada yalnız bir insanda olan qan qrupu tapılıb
19.07.2025 11:43

Fransalı alimlər  dünyanın ən nadir qan qrupunu aşkar ediblər. "Qvada-mənfi" adlandırılan  yeni qan qrupu Qvadelupadan olan qadında tapılıb.

 

Aztibb.az www.livescience.com-a istinadla xəbər verir ki, "Sciencealert"də dərc edilən məlumata görə, sözügedən kəşf adi qan testi zamanı qeyri-adi reaksiyaların müşahidə olunması ilə edilib. Qadının plazması, hətta onun qardaşları da daxil olmaqla sınaqdan keçirilən bütün donor qan nümunələrinə qarşı güclü immun reaksiyası göstərib ki, bu da uyğun donor tapmağı qeyri-mümkün edib. Kəşf almləri insanlarda mövcud olan çoxsaylı qan qrupu sistemlərinə dair bilgiləri yenidən nəzərdən keçirməyə vadar edir. Əhalinin böyük əksəriyyətinin tanıdığı A, B, AB və O qan qrupları ilə Rh sistemindən kənarda, beynəlxalq miqyasda tanınan 47 qan qrupu sistemi mövcuddur. Hər bir sistem eritrositlərin səthində yerləşən spesifik zülal və şəkər molekullarına əsasən təyin olunur.

 

Qvadelupalı xəstənin sirli qanının səbəbini aydınlaşdırmaq üçün alimlər genetik analizlərə müraciət ediblər. Bütün ekzomun ardıcıllığını müəyyənləşdirməklə, yəni 20 mindən artıq insan genini analiz etməklə tədqiqatçılar "PIGZ" adlı gendə mutasiya aşkarlayıblar. Bu gen qırmızı qan hüceyrələrinin səthindəki molekullara şəkər birləşdirilməsi ilə əlaqəli  fermentin sintezində iştirak edir. Mutasiya nəticəsində bu fermentin fəaliyyəti pozulub, nəticədə eritrositin səthində fərqli antigen yaranıb. Bu kəşf təkcə transfuziya sahəsində deyil, həm də  genetika müxtəlifliyi və fərdi tibbi yanaşmalar baxımından da mühüm əhəmiyyət daşıyır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır