Kişilər bu yaşda daha diqqətli olsun!
20.07.2025 13:27

Sağlamlığa nə qədər tez qayğı göstərməyə başlansa, bir o qədər  xroniki xəstəliklərin qarşısını almaq mümkündür. Uzun illərdir ki, alimlər kişilərdə ən ciddi xroniki xəstəliklərin hansı yaşdan sonra üzə çıxdığını araşdırırdılar. Nəhayət, ABŞ və Finlandiyadan olan mütəxəssislər sualın cavabını tapıblar.

 

Aztibb.az xəbər verir ki, Texas Sağlamlıq Mərkəzi və Helsinki Universitet Xəstəxanasının birgə araşdırmasına görə, kişilər üçün ən həssas dövr 40-60 yaş aralığıdır. Bu yaşlarda ürək-damar xəstəlikləri tez-tez kəskinləşir, nevroloji pozuntular meydana çıxır və ilk autoimmun xəstəliklərin əlamətləri görünməyə başlayır. Bu dövrdə müntəzəm sağlamlıq nəzarəti xüsusilə  vacibdir.

 

Qadınlarda isə bu dəyişikliklər bir qədər erkən - 30 yaşından sonra özünü büruzə verir. Bu, estrogen səviyyəsinin azalması və reproduktiv funksiyaların zəifləməsi ilə bağlıdır.

 

Hormonların dəyişməsi osteoporoz, yaşla bağlı katarakta, metabolik pozuntular və bəzi prekanseroz (xərçəngəqədərki) vəziyyətlərin yaranma riskini artırır. Bu səbəbdən kişilərə həssas dövrlərdə  qan təzyiqi, nəbz, xolesterin, qan şəkərinin səviyyəsi, ürək fəaliyyətinin yoxlanması, çəkiyə nəzarət və tez-tez baş ağrısı, yorğunluq  kimi simptomlara xüsusi diqqət vermələri tövsiyə edilir. Qadınlara isə hormon səviyyələrinin izlənməsi (estrogen, progesteron və s.), ginekoloq, endokrinoloq və oftalmoloq müayinələri, sümük sıxlığının  (osteoporoz riski) yoxlanılması məsləhət görülür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır