Təzyiqlə bağlı məşhur mif təkzib edildi
19.07.2025 15:05

İndiyə qədər düşünülürdü ki, 120/80 millimetr civə sütunu səviyyəsində olan arterial təzyiq ürək-damar sağlamlığının "qızıl standartı"dır və bu göstəricidə infarkt, insult riski minimum olur.

 

Aztibb.az xəbər verir ki, son elmi araşdırma bu mifi alt-üst edib.

 

Araşdırmada 1500 nəfər iştirak edib, onların heç birində piylənmə, şəkərli diabet və ya siqaret kimi klassik ürək-damar risk faktorları olmayıb. Nəticələr göstərib ki,  hətta "normal" hesab edilən təzyiq belə ürək xəstəliklərindən müdafiə etmir. Sistolik təzyiqin (yuxarı göstərici) hər 10 millimetr yüksəlməsi, ürək problemlərinin yaranma ehtimalını əhəmiyyətli dərəcədə artırır. Xüsusilə 120-129  arası təzyiqi olanlarda xəstələnmə riski 90-99 millimetr təzyiqə malik şəxslərlə müqayisədə 5 dəfə çoxdur.

 

Kardioloqlar bildirirlər ki, təzyiqin "normal" və "təhlükəli" sərhədi çox incədir və hətta kiçik  artım belə ciddi xəbərdarlıq siqnalı kimi qəbul edilməlidir.

 

Mütəxəssislər hesab edirlər ki, "ideal təzyiq"  norması hər kəs üçün fərqlidir. Ona görə də yalnız rəqəmlərə deyil, damarların ümumi vəziyyətinə və ürəyin hətta gizli yüklənmə əlamətlərinə də diqqət yetirilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır