Qadınlarda peşmanlıq hissinə təsir edən molekulyar mexanizm aşkarlanıb   
19.07.2025 14:19

Aikan Tibb Məktəbində (ABŞ) aparılan yeni tədqiqat qadın beynində peşmanlıq hissinin və qərar dəyişmə davranışının neyrobioloji əsaslarını ortaya çıxarıb.

 

Aztibb.az medicalxpress.com-a istinadla xəbər verir ki, “Science Advances” jurnalında dərc olunan araşdırma kodlaşdırılmayan RNT (LINC00473) adlı molekulun qadınlarda stresə qarşı davamlılıq və qərar qəbuletmə proseslərinə təsir etdiyini göstərir. Prefrontal korteksdə LINC00473-ün artırılması, dişi laboratoriya heyvanlarında erkəklərdən fərqli olaraq, əvvəlki qərarlardan doğan peşmanlığa cavab kimi qərardəyişmə davranışını gücləndirir. Bu, qadın beynində neqativ düşüncə və buraxılmış fürsətlərə qarşı həssaslıq kimi depressiya ilə əlaqəli faktorların molekulyar əsasını aydınlaşdırmağa yardım edir.

 

Tədqiqatın müəlliflərindən Romen Duran bildirib ki, keçmiş seçimlərin yenidən qiymətləndirilməsi ilə bağlı qərarların kişi və qadın beyinlərində fərqli sinir dövrələri vasitəsilə emal edilməsi psixi sağlamlıqla əlaqəli ola bilər. Bu tapıntılar depressiyanın qadınlarda niyə daha çox rast gəlinməsinə dair yeni anlayışlar təqdim etməklə yanaşı, potensial terapevtik hədəflər də müəyyənləşdirir. Tədqiqat yeni dərman vasitələrinin hazırlanmasında istiqamətverici ola bilər.

 

Tədqiqatın həmmüəllifi Brian Sveis qeyd edib ki, işin maraqlı tərəfi depressiyanın qadınlarda daha yüksək yayılma səbəblərini və neqativ düşüncə ilə əlaqəli simptomların beyində necə formalaşdığını anlamaqdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır