30 yaşlı qadın təcili tibbi yardımın köməyi ilə ev şəraitində doğuş edib
16.06.2025 13:37

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən doğuş prosesi ilə bağlı təcili çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, hadisə yerində Təcili tibbi yardım həkimi Xəlil İsmayılov tərəfindən 39 həftəlik hamilə olan 30 yaşlı qadının doğuş prosesi peşəkar şəkildə həyata keçirilib. Doğuş prosesi birbaşa yaşayış ünvanında icra olunub, daha sonra da proses təcili tibbi yardım avtomobilində nəzarətdə saxlanılıb.

 

Təcili tibbi yardım briqadası tərəfindən ana və yenidoğulmuş oğlan uşağı zəruri ilkin tibbi yardım göstərildikdən sonra müvafiq tibb müəssisəsinə təxliyə olunub.

 

Hazırda ananın müalicəsi xəstəxanada davam etdirilir, vəziyyəti stabildir. Çəkisi 3 kq. 500 qr., boyu 50 sm olan körpənin də müalicəsi davam etdirilir və vəziyyəti qənaətbəxşdir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır