Süni intellektə bağlanırıq?
11.06.2025 15:39

Son dövrlər insanların süni intellektlə qarşılıqlı əlaqəsi tez-tez baş verdiyindən çoxları üçün bu münasibət artıq bağlılığa çevrilmək üzrədir. Yaponiyanın Vaseda Universitetinin tədqiqatçıları bu münasibəti psixoloji model prizmasından nəzərdən keçirmək qərarına gəliblər.

 

Aztibb.az-ın xəbərinə görə, elm adamları emosional cəhətdən "bağlılığı" ölçən xüsusi texnika-EHARS şkalası yaradıblar. Məlum olub ki, insanların bəziləri həqiqətən dəstək və məsləhət üçün süni intellektə müraciət edirlər. Tədqiqat çərçivəsində iştirakçıların təxminən 75 faizinin süni intellektdən yardım mənbəyi kimi istifadə etdiyi, 39 faizinin isə onu etibarlı və daimi yoldaş kimi gördüyü müəyyən olunub. Alimlər söyləyirlər ki, onların bu işi insanların süni intellekti emosional səviyyədə necə qəbul etdiyini anlamağa kömək edir. Bu biliklər daha etik və psixoloji cəhətdən uyğunlaşdırılmış süni intellekt sistemlərinin yaradılması üçün vacibdir. Məsələn, tənha insanları dəstəkləmək üçün çatbotlar və ya psixoterapiya tətbiqləri kimi. Bu cür sistemlər istifadəçilərin fərdi ehtiyaclarını daha yaxşı nəzərə almağa - narahat insanlara qarşı daha həssas olmağa imkan verəcək. "Süni intellekt həyatımıza daha dərindən nüfuz etdikcə, insanlar onda təkcə məlumat deyil, həm də emosional dəstək axtarmağa başlayacaqlar. Bizim araşdırma bunun necə baş verdiyini anlamağa və istifadəçilərin psixoloji rifahını nəzərə alan texnologiyalar yaratmağa kömək edir", - deyə tədqiqat müəllifi Fan Yanq bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır