Duzun çoxluğu – əhvalın yoxluğu  
06.06.2025 14:03

Endokrinoloq Zuhra Pavlova qidada duzun depressiyaya səbəb olduğunu bildirib. Qeyd edib ki, duz davranış dəyişiklikləri ilə əlaqəli iltihablı protein IL-17A istehsalını stimullaşdırır.

 

Aztibb.az xəbər verir ki, bir qrup alimin apardığı araşdırmanın nəticəsi “The Journal of Immunology”də dərc olunub.

 

Araşdırmada 5 həftə yüksək duzlu yemlə qidalanan gəmiricilərin fəallığı azalıb və onlar ətrafa daha az maraq göstəriblər. Müayinə zamanı onlarda iltihablı zülalın səviyyəsində artım müşahidə edilib.

Lakin IL-17A yeməyən siçanlar depressiv davranış nümayiş etdirməmişlər.

 

Normadan artıq duzun zərərli olması yeni xəbər deyil. Amma insanlar bunu tez-tez unudurlar. Söhbət təkcə mümkün depressiyadan deyil, həm də digər xəstəliklərin, o cümlədən insult və infarktın inkişaf riskinin artması ilə bağlıdır”.

 

Həkim xatırladıb ki, ÜST-ün tövsiyə etdiyi norma gündə beş qrama qədər duzdur. Nəinki yemək bişirəndə duz əlavə edilir, həm də “duzsuz” çörəkdə, hətta şirin ketçupda bol olan “gizli” duz var.

 

Məhsulların tərkibini oxuyun. Əgər duz inqrediyentlər siyahısında birinci yerdədirsə, deməli, o, normadan artıqdır.

 

Fast food, yarımfabrikatlar, kolbasa ilə xüsusilə diqqətli olmaq lazımdır: “Mən bu məhsullardan tamamilə imtina etməyi tövsiyə edərdim” – Pavlova bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib