Qax Rayon Mərkəzi Xəstəxanasında endoskopik üsulla uroloji əməliyyatların icrasına başlanılıb
29.05.2025 15:34

Region xəstəxanalarının inkişaf etdirilməsi, xəstəxanaların fəaliyyətinin modernləşdirilməsi, səhiyyə infrastrukturunun yenilənməsi, yeni cərrahi əməliyyatların icrasına başlanılması ilə tibbi xidmət əlçatanlığının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, Qax Rayon Mərkəzi Xəstəxanasında endoskopik üsulla uroloji əməliyyatlara başlanılıb. Artıq bu üsulla iki müxtəlif uroloji əməliyyat uğurla başa çatıb.

 

Tibb müəssisəsinə müraciət edən rayon sakini, 50 yaşlı (qadın) pasiyent üzərində poliplərin rezeksiyası və 73 yaşlı (kişi) digər rayon sakini üzərində hematuriya səbəbi ilə diaqnostik sistoskopiya və sidik kisəsinin qanaxmasının endoskopik dayandırılması əməliyyatları həyata keçirilib. Hər iki əməliyyatdan sonra pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

 

Məlumat üçün bildirək ki, əvvəllər bu cür cərrahi əməliyyatlar üçün sakinlər ətraf rayon və şəhərlərə, o cümlədən paytaxt Bakıda ixtisaslaşmış tibb müəssisələrinə göndəriş vərəqələri əsasında yönləndirilirdi. TƏBİB tərəfindən həyata keçirilən yeniliklər nəticəsində rayon sakinləri bundan sonra Qax Rayon Mərkəzi Xəstəxanasında sözügedən cərrahi əməliyyatlardan rahatlıqla yararlana biləcəklər.

 

Qeyd edək ki, cərrahi əməliyyatlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində həyata keçirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır