İşğaldan azad edilmiş ərazilərdə bu günədək 80-dən çox həkim və orta tibb işçisi işlə təmin olunub
21.05.2025 09:28

TƏBİB işğaldan azad edilmiş ərazilərdə səhiyyə infrastrukturunun inkişafı və əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması istiqamətində fəaliyyətini davam etdirir.

 

Aztibb.az-a TƏBİB-dən verilən xəbərə görə, işğaldan azad olunmuş ərazilərdə tibb müəssisələrinin fəaliyyəti bərpa olunur və əhaliyə fasiləsiz səhiyyə xidmətləri göstərilir. Hazırda bu ərazilərdə TƏBİB-in tabeliyində ümumilikdə 5 xəstəxana, 7 ailə sağlamlıq mərkəzi (ASM), 2 həkim məntəqəsi, 1 poliklinika fəaliyyət göstərir.

 

Qeyd olunan müəssisələrdə ümumilikdə 27 həkim və 55 orta tibb işçisi çalışır.

 

Laçın Rayon Mərkəzi Xəstəxanasında 8 həkim, 9 orta tibb işçisi, Laçın Ailə Sağlamlıq Mərkəzində isə 5 həkim, 6 orta tibb işçisi xidmət göstərir. Şuşa Modul Tipli Xəstəxanada 5 həkim və 9 orta tibb işçisi çalışır. Xankəndi poliklinikasında isə 5 həkim və 12 orta tibb işçisi vətəndaşlara xidmət edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır