Quba Regional Travmatoloji Mərkəzdə daha bir mürəkkəb əməliyyat icra olunub
20.05.2025 16:49

TƏBİB regionlarda ixtisaslaşdırılmış tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, xəstəxanaların müasir texnoloji avadanlıqlarla təchiz edilməsi və müxtəlif cərrahi əməliyyatların icrası üçün zəruri şəraitin yaradılması istiqamətində tədbirləri davam etdirir.

 

Aztibb.az-a TƏBİB-dən bildirilib ki, Quba Regional Travmatoloji Mərkəzdə icra olunan daha bir mürəkkəb əməliyyat uğurla başa çatıb.

 

Mərkəzdə 65 yaşlı pasiyentin sağ baldırının 1/3 arxa səthində damar ayaqcığına (a. suralis, perforant budaqları) əsaslanan dəri grefti köçürülüb. İlk dəfə icra olunan bu əməliyyat müsbət nəticə verib. Sağ baldırın arxa səthində post-travmatik yumşaq toxuma defekti üzrə əməliyyatdan sonra pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində müalicəsini davam etdirir.

 

Qeyd edək ki, Quba Regional Travmatoloji Mərkəzdə bu cür mürəkkəb cərrahi əməliyyatların həyata keçirilməsi üçün hər bir şərait yaradılıb.

 

Mərkəz Quba rayonu ilə yanaşı, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının əhalisinə də travmatoloji xidmətlər göstərir. Eyni zamanda mürəkkəb klinik hallarda regionun digər tibb müəssisələrinə konsultativ-diaqnostik yardım göstərilir.

 

Mərkəzin yaradılmasında əsas məqsəd region əhalisinin ixtisaslaşdırılmış tibbi xidmətə əlçatanlığını təmin etməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır