Süni intellektlə insulin dozasının təyini
18.05.2025 16:27
Çində aparılmış yeni bir klinik tədqiqata əsasən süni intellekt 2-ci tip şəkərli diabet xəstələrinin insulin dozasını təyin etməkdə həkimlər qədər uğurlu olub.
 
Aztibb.az xəbər verir ki, 149 xəstə üzərində aparılan bu araşdırmada, xəstələr iki qrupa bölünüb. Süni intellekt (AI ) təyin etdiyi insulin dozaları ilə müalicə olunan qrupda xəstələrin qan şəkəri səviyyəsi 76.4% hallarda hədəf aralığında (70-180 mg/dL) qalıb. Həkimlərin təyin etdiyi insulin dozaları ilə müalicə olunan qrupda isə bu göstərici 73.6% olub. Hər iki qrupda yan təsir səviyyəsi isə eyni dərəcədə olub.
 
Bu tədqiqat onu göstərir ki, AI texnologiyası, xüsusilə həkim çatışmazlığı olan xəstəxanalarda çox ciddi bir boşluğu doldura bilər. Sistemin ən üstün tərəfi, xəstənin tibbi məlumatlarını real vaxtda analiz edərək fərdi insulin dozaları təklif etməsidir.
 
Həkimlər bu texnologiyanı 5 üzərindən 4.1 balla qiymətləndirib. Həkimlərin də sistemi bəyənməsi texnologiyanın praktiki istifadəyə hazır olduğunu göstərir. Onlar sistemi vaxta qənaətli və təhlükəsiz olaraq qiymətləndiriblər.
 
Qeyd edək ki, tibbdə süni intellektin istifadəsi artıq gələcəklə bağlı bir ehtimal deyil, bu günün praktik həqiqətidir. Bu kimi alətlər, şəkərli diabet kimi xroniki xəstəliklərin idarə olunmasında həm həkimlərin yükünü azalda, həm də xəstələrin müalicə keyfiyyətini yüksəldə bilər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır