Zaqatala Rayon Mərkəzi Xəstəxanasında KT və MRT müayinələri fəaliyyətə başlayıb
14.05.2025 16:15

TƏBİB region xəstəxanalarında infrastrukturun yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi, xəstəxanaların ən son texnoloji avadanlıqlarla təchiz edilməsi və o cümlədən müasir kompüter tomoqrafiyası (KT) və maqnit rezonans tomoqrafiya (MRT) sahəsində yenilikləri davam etdirir.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, artıq Zaqatala Rayon Mərkəzi Xəstəxanasında da kompüter tomoqrafiyası (KT) və maqnit rezonans tomoqrafiya (MRT) müayinəsinin həyata keçirilməsi mümkündür. Tibb müəssisəsində sahə üzrə zəruri müayinələrin həyata keçirilməsi üçün yeni imkanlar yaradılıb.

 

Məlumat üçün bildirək ki, əvvəllər rayon sakinləri analoji xidmətlər üçün ətraf rayon və şəhərlərə üz tuturdular. Artıq tibb müəssisəsində fəaliyyətə başlayan müasir kompüter tomoqrafiyası (KT) və maqnit rezonans tomoqrafiya (MRT) müayinəsi xidmət çeşidliliyinin artırılması ilə yanaşı, əhalinin tibbi xidmətlərə əlçatanlığını da təmin etmiş olacaq.

 

Xatırladaq ki, bu ilin aprel ayından etibarən MRT və KT müayinələri əlaqədar ölkəmizdə yeni ödəmə qaydası tətbiq olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 aprel 2025-ci il tarixli 134 nömrəli Qərarına əsasən “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə dəyişiklik edilib.

 

Dəyişikliyə əsasən, vətəndaşlar ixtisaslı həkimin göndərişi əsasında ambulator şəraitdə göstərilən bu tibbi xidmətlər üzrə Xidmətlər Zərfindəki tarifin 20 faizi həcmində müştərək maliyyələşmə məbləği ödəyirlər. Tibbi xidmətin tarifi üzrə qalan məbləğ isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən qarşılanır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır