Qobustanda ilk dəfə açıq prostat əməliyyatı icra olunub
13.05.2025 09:15

Qobustan Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində uroloq-cərrah Anar Məmmədovun rəhbərliyi və ümumi cərrah Yunis Həsənli, anestezioloq Orxan Məmmədlinin iştirakı ilə bölgədə ilk dəfə açıq prostat əməliyyatı həyata keçirilib.

 

Bu məlumat Aztibb.az-a Qobustan RMX-dan verilib.

 

Bildirilib ki, əməliyyat 55 yaşlı kişi pasiyent üzərində uğurla icra olunub.

 

Pasiyent uzun müddətdir sidik ifrazında çətinlik, tez-tez sidiyə çıxma, gecə sidiyə oyanma və sidik saxlamada problemlərlə üzləşdiyi üçün mütəxəssislərə müraciət edib.

 

Müvafiq laborator və instrumental müayinələr nəticəsində ona xoşxassəli prostat hiperplaziyası diaqnozu qoyulub. Konservativ müalicənin effekt verməməsi səbəbindən əməliyyat qərarı verilib. Hazırda pasiyentin vəziyyəti stabildir və stasionar şəraitdə müalicəsi davam etdirilir.

 

Qeyd edək ki, yüksək peşəkarlıqla və beynəlxalq tibbi protokollara uyğun şəkildə icra olunan əməliyyat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində həyata keçirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır