Mama-ginekologiya komandası ana və körpəsini xilas edib  
03.04.2025 10:31
Yeni Klinikanın Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin mama-ginekologiya komandası icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində riskli qeysəriyyə əməliyyatını uğurla həyata keçirib.
 
Bu barədə Aztibb.az-a Klinikadan xəbər verilib.
 
Bildirilib ki, daha öncə iki dəfə riskli hamiləlik keçirərək qeysəriyyə əməliyyatı ilə doğum edən pasiyent üçüncü hamiləliyi zamanı uzman cərrah mama-ginekoloq Sevinc Məmmədovanın nəzarəti altında izlənilib. Hamiləliyin 23-24-cü həftələrində icra edilən doppler və ultrasəs müayinələri nəticəsində ciftin yapışma anomaliyasından (plasenta perkreata) şübhələnilmiş və xəstə daimi nəzarətə götürülüb. Daha sonra hamiləliyin 32-ci həftəsində aparılan MRT müayinəsi ilə diaqnoz təsdiqlənib. Fetal respirator distress sindromunun (RDS) profilaktikasından sonra xəstə planlı şəkildə qeysəriyyə əməliyyatına hazırlanıb.
 
Əməliyyat, uzman cərrah mama-ginekoloqlar Sevinc Məmmədova və Nəzrin Məmmədova tərəfindən uğurla icra olunub. Plasenta perkreata diaqnozuna baxmayaraq, əməliyyat zamanı orqan (uşaqlıq) qoruyucu cərrahiyyə tətbiq olunub. Nəticədə, 2.700 kq çəki və 46 sm boyunda sağlam oğlan uşağı dünyaya gəlib.
 
Əməliyyatdan sonra ana bir neçə gün Reanimasiya şöbəsinin müdiri Emil Qasımovun nəzarəti altında saxlanılıb. Həyati göstəricilər stabilləşdikdən sonra isə stasionar müalicə üçün Mama-Ginekologiya şöbəsinə köçürülüb. Vəziyyəti qənaətbəxş olan ana və yeni doğulmuş körpə ambulator müalicəyə davam etmək üçün evə buraxılıb.
 
Məlumat üçün bildirək ki, ciftin yapışma (invaziya) anomaliyası - ciftin uşaqlıq divarına və bəzən qonşu orqanlara qədər dərinləşərək yapışması ilə xarakterizə olunur. Bu patologiya orta hesabla hər 10.000 doğuşdan birində müşahidə edilir. Ən önəmli risk faktoru daha əvvəl keçirilmiş qeysəriyyə əməliyyatıdır. Əgər plasenta əvvəlki əməliyyatdan sonra yaranmış çapıq nahiyəsinə invaziya edərsə, plasentanın yapışma anomaliyası demək olar ki, qaçılmaz olur. Bu vəziyyət ağır qanaxmalara səbəb olaraq ananın həyatını riskə ata bilər.
 
Həkimlər hamiləliyin 34-36-cı həftələri arasında əməliyyat aparılmasını ideal hesab edirlər. Lakin belə hallarda əməliyyat zamanı ağırlaşmalar – güclü qanaxma, sidik kisəsi, sidik axarları və nadir hallarda yoğun bağırsağın zədələnməsi kimi fəsadlar yarana bilər. Bundan əlavə, iri damarların zədələnməsi həyati təhlükə yarada biləcək ciddi qanaxmalara səbəb ola bilər. Lakin vaxtında müdaxilə və dəqiq tibbi nəzarətlə bu risklərin minimuma endirilməsi mümkündür.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır