"Azərbaycanda Nadir Xəstəliklərin Müalicəsində Müasir Yanaşma və Klinik Hallar" mövzusunda elmi konfrans keçirilib  
04.03.2025 08:52
TƏBİB və Pasiyent Təşkilatları İttifaqının təşkilatçılığı ilə Yeni Klinikada Beynəlxalq Nadir Xəstəliklər Gününə həsr edilmiş "Azərbaycanda Nadir Xəstəliklərin Müalicəsində Müasir Yanaşma və Klinik Hallar" mövzusunda elmi konfrans keçirilib.
 
Bu barədə Aztibb.az-a TƏBİB-ə istiadla xəbər verir.
 
Konfransda TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin Monitorinq şöbəsinin müdiri Bəyalı Məmmədov, TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli və Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov və digər əməkdaşlar iştirak edib.
 
Konfransın açılış mərasimində çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov nadir xəstəliklərin səhiyyə sistemində xüsusi diqqət tələb etdiyini vurğulayaraq, onların erkən diaqnostikası və effektiv müalicəsi üçün multidisiplinar yanaşmanın vacibliyini qeyd edib.
 
TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov nadir xəstəliklərin müalicəsində dövlət dəstəyinin və səhiyyə sisteminin üzərinə düşən vəzifələrin vacibliyini vurğulayıb. O, konfransın həm elmi müzakirələr, həm də pasiyentlərə göstərilən tibbi dəstəyin inkişaf etdirilməsi üçün vacib platforma olduğunu deyib.
 
Digər çıxışçılar da nadir xəstəliklərin diqqət mərkəzində saxlanılmasının və onların müalicəsində multidisiplinar yanaşmanın vacibliyinin əhəmiyyətini vurğulayıblar.
 
Konfransın elmi hissəsində müxtəlif ixtisaslardan olan mütəxəssislər nadir xəstəliklərin diaqnostikası, klinik halları və müasir müalicə metodlarına dair məruzələrlə çıxış ediblər. Tədbirdə Bakı Sağlamlıq Mərkəzi, Respublika Pediatriya Mərkəzi, Elmi-Tədqiqat Pediatriya İnstitutu, Yeni Klinika, Baku Medical Plaza, Mediland Hospital, Lor Hospital, Kliniki Tibbi Mərkəz, Milli Hematologiya Mərkəzi və Azərbaycan Tibb Universiteti kimi qabaqcıl tibb müəssisələrinin nümayəndələri iştirak ediblər.
 
Nadir xəstəliklərə dair maarifləndirməni artırmaq, bu sahədə çalışan mütəxəssisləri və pasiyentləri bir araya gətirmək, həmçinin diaqnostika və müalicə imkanlarını müzakirə etmək məqsədilə təşkil edilən konfransda ümumilikdə 300-dən çox həkim-mütəxəssis, tədqiqatçı və ictimai təşkilat nümayəndəsi iştirak edib. Qeyd edək ki, tədbir nadir xəstəliklərin idarə olunmasında əməkdaşlığın gücləndirilməsi və pasiyentlərə daha effektiv dəstəyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edib.
 
Konfransın sonunda təqdim olunan klinik hallar üzrə iştirakçıların sualları cavablandırılıb və tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır